-
Bu sözlər Rafiq Babayevin bir dostunun—Səyavuş Kəriminin sözləridir.
AzadlıqRadiosunun «İz» mədəniyyət proqramı «Vida nəğməsi» adlandırdığı sayını maestro Rafiq Babayevə həsr edib.
Doğulduğu (31 mart 1936) və dünyadan köçdüyü ayda (19 mart 1994— metronun «20 Yanvar» stansiyasındakı partlayışda) Maestro necə xatırlanır?
Verilişi dinləsəniz, həyatına terror damğası basılmış ustad musiqiçini doğum günündə bir daha yad etmiş olacaqsınız…
«Ölüm həmişə gözlənilməz olur, amma ölümü həmişə gözləmək lazımdır. Amma bəzən elə itki olur ki, insan onunla barışa bilmir. Rafiqi itirdiyimiz gün heç vaxt xatirəmdən silinməyəcək. O, əbədi yara kimi ürəyimdə yaşayır. Həmin gün bütün dostlar Rafiqi torpağa tapşırmamış studiyaya yığışmışdıq. Çünki o, studiyada Rafiqin nəfəsi vardı, ruhu vardı, musiqisi, çaldığı alət vardı. Bu yara hələ isti idi. Sonralar bizi daha çox göynədəcəkdi. Həmin gün hamımız özümüzü yetim hiss edirdik. Elə bir insanı itirmişdik ki, nə ağlaya bilirdik, nə qışqıra…Pat vəziyyətindəydik. Elə bil, hər şey uçuruma gedirdi… Çünki hər birimizin həyatında Rafiqin rolu o qədər əvəzolunmaz idi ki, elə bil yarımcan olmuşduq. Özü də bu itki tək bizim yox, Azərbaycan mədəniyyətinin, Azərbaycan torpağının itkisi idi...».