-
Aprelin 2-də bütün dünya Uşaq Kitabı Gününü (International Children's Book Day) qeyd edir.
BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜ NİYƏ APRELİN 2-DƏ QEYD OLUNUR?
Uşaq Kitabı Gününün məhz aprelin 2-də qeyd olunması dünya uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur alman yazıçısı Jella Lepman-ın (1891-1970) təşəbbüsüdür.
Bu xanımın yaratdığı Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın qərarıyla 1967-ci ildən aprelin 2-də – məşhur uşaq yazıçısı Hans Christian Andersen-in doğum günündə Beynəlxalq Uşaq Günü keçirilir.
Andersen-in doğum günündə – aprelin 2-də Uşaq Kitabı Günü keçirməkdə məqsəd kitablar vasitəsilə uşaqlara, onların dünyasına körpü salmaq idi.
«Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız» fikrinin müəllifi də xanım Lepman-dır.
KİMDİR JELLA LEPMAN?
Xanım Lepman 1891-ci ildə Ştutqartda doğulub.
1936-cı ildə Londona köçməyə məcbur qalıb və 2-ci Dünya Savaşı bitənədək orada jurnalist kimi çalışıb. Sonra vətənə qayıdıb.
Xanım Lepman Almaniyada doğulsa da, İsveçrəni özünün ikinci vətəni sayıb. Axı daha sonra ona şöhrət gətirən fikir və əməllərə İsveçrədə – Sürixdə imza atıb.
MÜNHENDƏKİ MÖHTƏŞƏM «KİTAB QƏSRİ»
Onun təşəbbüsü və qatqılarıyla Münhendə dünyanın ən nəhəng uşaq kitabxanası qurulub.
İndi «Kitab qəsri» adlanan həmin kitabxanada 80 dildə 580 min kitab qorunur.
Bu kitabxana indi də uşaq ədəbiyyatı sahəsində ən böyük tədqiqat mərkəzidir.
UŞAQ ƏDƏBİYYATI ÜZRƏ BEYNƏLXALQ ŞURA
Xanım Lepman 1953-cü ildə Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası (International Board on Books for Young People — IBBY) yaradılmasına nail olub.
Bu şura 60-dan çox ölkənin yazıçı, şair, ədəbiyyatşünas və kitabxanaçısını birləşdirən ən nüfuzlu təşkilatdır.
BÖYÜK NAĞILÇININ ADINA MÜKAFAT
Xanım Lepman 1956-cı ildə Andersen-in adına beynəlxalq mükafat təsisinə nail olub.
O vaxtdan bəri iki ildən bir «Beynəlxalq Uşaq Kİtabı Günü»ndə uşaq yazıçılarına və kitab qrafikası rəssamlarına böyük nağılçı Hans Christian Andersen-in adını daşıyan qızıl medal təqdim edilir.
Yalnız həyatda olan yazıçılara verilən bu nüfuzlu mükafatı «Balaca Nobel» adlandırırlar. Bu mükafat artıq uşaq kitablarının tərtibatçı rəssamlarına da verilir.
AZƏRBAYCANIN BU MÜKAFATDA NƏ SÖZÜ, NƏ DƏ GÖZÜ VAR...
Bu uzun illər ərzində «Balaca Nobel»ə dünyanın müxtəlif ölkələrindən uşaq ədəbiyyatı sahəsində yetərincə tanınmış simalar layiq görülüb.
Azərbaycanınsa bu siyahıda adı yoxdur...
DÜNYADAN KÖÇDÜ, ƏMƏLLƏRİ VƏ QANADLI FİKİRLƏRİ QALDI
Jella Lepman 1970-ci ildə 79 yaşında dünyadan köçüb.
Ancaq çağdaş dünyamızda uşaq ədəbiyyatından söz düşəndə, təkcə böyük nağılçı Hans Christian Andersen xatırlanmır, həm də xanım Jella Lepman, bir də onun valideynlərə ünvanlanmış məşhur sözləri yada düşür:
«Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız!».