Aprelin 15-də Şirvan Apelyasiya Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Yadigar Sadıqov məhkəməyə gətirilməyib.
Bu haqda AzadlıqRadiosuna vəkili Xalid Bağırov məlumat verib.
Vəkil prosesin istintaqla aparılması barədə vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edib. Növbəti prosesdə Yadigar Sadıqov iştirak edəcək.
Məhkəmə aprelin 29-da davam edəcək.
Yadigar Sadıqov keçən ilin iyununda həbs olunub. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir.