-
Bakıdakı yeni tikililərdən cəmi-cümlətanı üçdə birinin «kupça»sı var. Son illər tikilmiş təxminən mindən çox yeni yaşayış binasından 300-ə qədəri dövlət qeydiyyatına alınıb.
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların əldə edilməsi niyə belə çətindir? Məsuliyyət tikinti şirkətinin, yoxsa dövlət orqanlarının üzərinə düşür? Bu yazıda həm bu, həm də «kupça»sızlığın vətəndaşa yaratdığı əngəllərdən danışacağıq.
YAŞAMADIĞIN EVƏ GÖRƏ KOMMUNAL XİDMƏT HAQQI
«Yeni Bakı» yaşayış kompleksinin sakini, araşdırmaçı-jurnalist Gülər Mehdizadə deyir ki, 2 il əvvəl bu kompleksdə mənzil alanda 3 ilin tamamında binanın dövlət qeydiyyatına alınacağı deyilib. Yəni «kupça»nın alınmasına hələ bir il var deyə, Gülərlə həyat yoldaşı səbirlə gözləyir. Ancaq bu gözləmək onlara heç də havayı başa gəlmir:
Xüsusi reportajlar - 22 aprel 2014
Canlı müzakirə
130-DAN ARTIQ SƏNƏD İSTƏNİLİR
Bakıda istismara qəbul olunan və çıxarış verilən yetərli sayda yeni tikili var. Təkrar bazara, təkrar alqı-satqıya daxil olanların da sayı az deyil. Ümumilikdə isə Bakıda inşa olunmuş 1000-dən artıq binadan təqribən 300-ə qədərinin, yəni təxminən 30 faizinin dövlət qeydiyyatına dair çıxarışı var. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı yeni tikilinin dövlət qeydiyyatına alınmamasının səbəbini tələb olunan çeşidli sənədlərdə görür:
Bir tikinti şirkətinin adının çəkilməsini istəməyən təmsilçisinin fikrincə, bina sahibi bütün sənədləri qaydasında təqdim edirsə, əslində binanın qeydiyyata alınmasında heç bir problem yaşanmır. Yeni tikili FHN tərəfindən istismara qəbul olunandan sonra binanın təhlükəsizliyi ilə bağlı məsuliyyət dövlət orqanının üzərinə düşür deyə, dövlət orqanının bu işə tələbkar yanaşması anlaşılandır. Bu səbəbdən, məsələn, hansısa mərtəbədə betonun sıxlığı uyğun olmayanda, FHN sənədə qol çəkmir və bu da normaldır.
ANCAQ İSTİSMARA QƏBUL AKTI İLƏ
Bakıdakı yeni tikililərdən neçəsi dövlət qeydiyyatına alınıb? Qeydiyyata alınmayanlar üçün əsas səbəb nədir? Dövlət qeydiyyatına alınma prosesinin asanlaşdırılması gözlənirmi?
AzadlıqRadiosu bu suallara Əmlak Məsələləri Dövlət Komitəsindən cavab ala bilməyib. Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də nə telefon zənglərini, nə də elektron poçt məktublarını cavablandırıb.
Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir müddət əvvəl bildirib ki, Bakıdakı yeni tikilmiş çoxmənzilli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür. Onun dediyinə görə, yeni tikililərdəki mənzillərin hamısı qeydiyyata alınacaq, ancaq istismara qəbul aktı ilə. Komitə sədri bunu bəzi binaların tikintisinin yarımçıq qalması ilə əlaqələndirib:
«Bəzi işbazlar tikəcəkləri binalardakı mənzilləri hələ bina tikilməzdən satmağa başlayırdılar. Hətta evlərin nömrəsini göstərməklə satırdılar. Amma bəzi hallarda o binaların tikintisi yarımçıq qalır, sonadək başa çatdırılmırdı».
Bütün bu halları nəzərə alaraq Komitə əmlakın qeydiyyatı üçün binaların istismara qəbulunu vacib sayır:
«Ona görə də vətəndaşın məmnunluq prinsiplərini nəzərə alaraq biz yalnız faktiki mövcud olan, yəni istismara buraxılmış binaların qeydiyyatını aparacağıq».
MÜLKİ MƏCƏLLƏDƏ ZİDDİYYƏT
Hüquqşünas Vəfa Rüstəm yeni tikililərin çoxunun çıxarış ala bilməməsinin səbəbini bina sahiblərinin uyğun razılaşmaları əldə etməsi yolundakı əngəllərdə görür:
BİNA TİKİLİB, DÖVLƏT ORQANI GÖZ YUMUBSA...
Yeni tikilinin qeydiyyatı üçün tələb olunan sənədlər içərisində Bakı şəhər, yaxud rayon icra hakimiyyətlərinin sərəncamları, Torpaq və Xəritəçəkmə Komitəsi, Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi, tikintiyə nəzarət üzrə digər aidiyyəti olan qurumların sənədləri var. Ancaq hüquqşünas İntiqam Əliyev həmin sənədlərin tam siyahısını əldə edə bilmədiyini söyləyir. Hüquqşünas məsələnin kökündə xaos və korrupsiyanın dayandığını düşünür:
«Qanunvericiliyə görə, şəhərsalma planı olmalı, evlərin tikintisi bu plana uyğun aparılmalı, evlərin tikintisinin reyestri aparılmalıdır. Vətəndaş, media da istənilən məlumatı almalıdır. Bu sahə korrupsiya mənbəyi olduğundan məlumatsızlıq var. Azərbaycanda hər kvadratmetrin qiyməti hətta Avropa ölkələrində olduğundan yuxarıdır. Çünki vətəndaşın şirkətə ödədiyi pulun bir hissəsi rüşvət formasında dövlət orqanlarına verilib. Yeni tikilini FHN-nin, yaxud digər dövlət orqanının qəbul etməməsi anormal situasiyadır. Tikinti qanunidirsə, dövlət orqanları ilk andan ona nəzarəti həyata keçirməlidir. 15-20-30 mərtəbəli bina şəhərin mərkəzində yüksəlməli deyil. Bina tikilib və dövlət orqanı da buna göz yumubsa, mənzil vətəndaşa satılıb, vətəndaş də pulu ödəyibsə, deməli, o bina qanunidir. Deməli, vətəndaş da rahatca sənədini ASAN-a təqdim edib, qeydiyyat çıxarışını almalıdır. Bizim apardığımız işlər var. Vətəndaşların evlərini, obyektlərini dövlət ehtiyacı adı altında sökürlər, sonradan həmin evlərin tikintisi üçün ayırırlar. Bu, çox zaman qeyri-rəsmi ayrılır. İcazəni kimin verdiyi, digər məlumatları almaq mümkün deyil. Yəni, tikilinin qanunsuz olmasının günahı pis idarəçilik sistemindədir».
POTENSİAL «BOMJ»
İndiliksə köçünü istismara verilməmiş, dövlət qeydiyyata alınmammış yeni tikililərə daşıyıb yaşayanlar az deyil. Çoxunu yaşadığı binanın qeydiyyatından çox, əlavə kirayə pul verməmək, borc-xərc təmir elətdirdiyi yeni mənzilində yaşamaq qayğılandırır. Qışın şaxtasında qazsızlıqdan yeni tikilidə soba qalayanlar da olur. Elə ictimai fəal Laçın Məmişov da vaxtilə yaşadığı yeni tikilini qazsızlıq üzündən tərk edib. Deyir, yeni mənzilinə qaz çəkilib, ancaq binanın dövlət qeydiyyatına alınmasından hələ səs-soraq yoxdur: