-
“Həkimliyi də, rəssamlığı da incəsənət sahəsi saymaq olar, odur ki, mən əsl sənətimdən elə də uzaqlaşmamışam”
Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına qonaq olan həkim, həm də həvəskar rəssam Rauf Canıbəyov dilə gətirib.
Onun sözlərinə görə, müəyyən fərqlər olsa da, hər iki sənətdə istiqamət eynidir: “Plastik əməliyyat aparan cərrah əvvəlcədən fikrində, beynində onun tam eskizini hazırlayır. Hazır olandan sonra əvvəllər qələmlə kağız üzərində, indi isə kompüter vasitəsilə eskizlər qurulur və üzərində əməliyyat olacaq adama göstərilir. Razılıq alınsa, əməliyyat başlanır. Düzdür, cərrahiyyədə qaydalar da, bilik səviyyəsi də başqadır. Amma ümumi zövq baxımından uyğunluq çoxdur. Professional rəssamlar da anatomiya keçirlər. Bədən quruluşunu, üz quruluşunu bilməsən, necə çəkə bilərsən?”
RƏSSAMLAR... AVARADIR?!
Rauf bəyin lap gənc yaşlarından rəssamlığa meyli olub: “Amma rəssam olmaqdan söhbət gedə bilməzdi. Çünki bizim evdə elə düşünürdülər ki, rəssamların hamısı avaradır, içki içirlər... Bəlkə də, pis nümunələr varmış o vaxtlarda. Hər halda, öz valideynlərim yox, evdə böyük nüfuz sahibi olan nənəm bu fikirdə idi. Tibb İnstitutuna daxil olandan sonra başım oxumağa qarışdığından rəssamlığı unutdum. Başladım sənətimi inkişaf etdirməyə. Rəsmi və incəsənəti bir qırağa qoydum”.
AY NƏNƏ, BİR NAĞIL DE!
Rauf Canıbəyov orta məktəbin yuxarı siniflərində bir “xəstəliyə” də yoluxduğunu söylədi: “Diplomat olmaq, Moskva Beynəlxalq Əlaqələr İnstitutuna girmək istədim. Bakıda bütün instansiyalardan keçdim, təyyarəyə bilet də alınmışdı. Son saatda evdən çıxanda, nənəm məni Moskvaya getməyə qoymadı... Anamın qulağını doldurdu ki, gedər Moskvaya, içər, rusla evlənər və s. Son anda ora getməkdən vaz keçdim və elə həmin il imtahan verib Tibb İnstitutuna daxil oldum”.
KİM BİLİR...
Aparıcının: “Həyat yolunuzu dəyişdiyi üçün heç nənənizi qınadığınız vaxt olurmu” –sualını Rauf bəy belə cavabladı: “Yox! Hər nə olursa, xeyirliyə olur! Kim bilir, Moskvaya gedib diplomat olsaydım, nə baş verərdi? Həyatım tamam başqa istiqamətdə gedərdi... Bu, Allahın işidir. Qismət beləymiş. Heyfsilənmirəm, heç kəsi də qınamıram”.
KİMDİR CANIBƏYOVLAR? XV ƏSRDƏN BAŞLAYAN NƏSİL AĞACI?
Aparıcının: “Çox məşhur soyadınız var. Kimdir Canıbəyovlar, lütfən, soyadınızı bizə tanıdın” – sualını verilişin qonağı belə cavabladı: “Nəsil ağacımız XV əsrdən yazılır. Ora yalnız kişi övladları – həm də təmiz, milli ailə qurmuş nümayəndələr daxil olur. Soyadımız əslində 18-ci əsrdə yaşamış Canıbəy deyilən bir şəxsdən başlanıb. Və bu nəslin təməlini XV əsrdə yaşayan Bican Soltan deyilən bir şəxs qoyub. Bu adam Şirvan xanlığının canişini olub. Bu nəslin böyük hissəsi, zaman-zaman, Azərbaycandan köçüb gedib. Orta Asiyaya, Rusiyaya gedən xətlər olub”.
“BİZ BAKILIYIQ”
Rauf Canıbəyov Bakıda doğulduğunu vurğuladı: “Biz bakılı olmuşuq. Babamın mülkü İçərişəhərdə idi. Sonra Bayır şəhərə – Mərkəzi Univermağın yanına köçmüşük. Mən də 1956-cı ildə Bakıda doğulmuşam”.
“35 İLDƏN ÇOX CƏRRAH İŞLƏMİŞƏM”
Rauf bəy uzun illər Bakı klinikalarında cərrah çalışdığını dedi: “O vaxtlar hərdən – məzuniyyət vaxtı meşədə bir kötüyün üstündə nə isə çəkməyə çalışırdım. Bəzən evdə yüngülvari rəsmlər də çəkirdim. Amma bu işlə ciddi məşğul olmurdum. Sonra iş elə gətirdi ki, mən həkimliklə vidalaşmalı oldum. Və vaxtım çoxaldı”.
“TƏBABƏTİ BAZARA DÖNDƏRİBLƏR”
“Niyə vidalaşdınız həkimliklə” sualını Rauf bəy belə cavabladı: “Uzun məsələdir. Qısası, 1992-ci ildə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə aramızda anlaşılmazlıq yarandı. Məni təbabətdən uzaqlaşdırdılar. Ondan sonra ölkədən getdim. Bir il Səudiyyə Ərəbistanında işlədim. Orada çox qala bilmədim. Qayıdıb şəxsi klinikalarda əməliyyat aparmağa başladım. Son 10-12 il plastik cərrah işləyirdim. İngiltərədə kurs keçmişdim. Doğrusu, orada olan ab-hava, mühit məni qane etmirdi. Mən sovet tərbiyəsi almışdım. O vaxt təbabəti bazara döndərmək meyli olmayıb. İndi tibbi alverə çeviriblər. Buna dözə bilmədiyimdən, səhiyyə sistemindən uzaqlaşdım. Məcbur olub bir xarici şirkətə adi həkim düzəldim. Bu da mənə rəsm çəkməyə imkan yaratdı. Çünki 2 həftə işləyib, 2 həftə dincəlirəm”.
HEÇ BİR DƏRS ALMAMIŞAM!
Canıbəyov heç vaxt rəssamlıq təhsili almadığını vurğuladı: “Heç bir müəllimim olmayıb. Oxumuş rəssam professional rəssamdır. Fikrimcə, hər bir adam rəssamdır, rəssam ola bilər. İnsanın təbiətində rəssamlıq var”.
RƏSMLƏRİNİ HANSI PEŞƏKARA GÖSTƏRİB?
“Heç peşəkar rəssamlara rəsmlərinizi göstərmisiniz” – sualına Rauf Canıbəyov belə cavab verdi: “Təkcə Sakit Məmmədova göstərmişəm. Onun işlərini çox bəyənirəm. Dörd rəsm aparmışdım. Xoşuna gəldi. Müəyyən iradları da oldu. Amma ümumən bəyəndi. Doğrusu, elə gözləmirdim. Mən niyə rəsmlərimi kiməsə göstərməyi xoşlamıram? Öz görüşümü, baxışımı itirməkdən çəkinirəm. İndinin özündə imkanım var ki, bir rəssamdan dərs alım. Amma qorxuram onun dediyini də qavraya bilməyim, öz bildiyimi də itirim... Odur ki, bu işlərə bir az ehtiyatla yanaşıram”.
“OLANI BUDUR!”
Rauf Canıbəyovun fikrincə, rəssam müxtəlif formalarda özünü tanıdır: “Rəssam var ki, qazanc məqsədi ilə işləyir, rəssam var ki, könlü, ürəyi üçün. Eləsi də var, sifarişlə işləyir. Mənim bütün rəsmlərim içimdəki hissiyyatlardır. Kiminsə xoşuna gələ, kiminsə xoşuna gəlməyə bilər. Neyləyim, olanı budur...”.