Ukraynada girov saxlanan Amerikalı jurnalisti Simon Ostovsky azad olunub. Bu haqda Ostorvsky-nin əməkdaşlıq etdiyi Vice News media şirkəti xəbər verir. AFP-yə müsahibəsində Ostrovsky deyib ki, döyüldüyünə, uzun müddət əllləri və gözləri bağlı saxlandığına baxmayaraq özünü yaxşı hiss edir.
Lakin jurnalistin girov götürüldüyü Slavyansk şəhərinin separatçı “xalq meri” Vyacheslav Ponomarev bu xəbəri təkizb edərək, “Onu heç kim azad etməyib” deyir. Bundan əvvəl Ponomarev bəyan etmişdi ki, Ostrovsky Donbasın özünümüdafiə qüvvələri tərəfindən həbs edilib, səbəb kimi isə onun guya Ukrayna radikallarının “Sağ sektor” təşkilatı ilə əməkdaşlığını göstərirdi.
ABŞ dövlət departamenti Rusiyaya müraciət etmişdi ki, Ostorvsky-nin azad olunması üçün separatçılara təsir etsin.
Ukraynanın şərqində vəziyyət gərginləşəndən bəri Ostorvskynin hazırladığı "Russian Rulet" (Rus ruletkası) reportajlar silsiləsi böyük maraq doğurmuşdu. O, ən qızğın hadisələrin mərkəzində olurdu.
Belə reportajlardan birini təqdim edirik