-
Mayın 2-də gecə saatlarında 31 yaşlı Mingəçevir sakini Pərvanə Qurbanova Xaldan qəsəbəsində yerləşən doğum evində vəfat edib. Doğuş zamanı uşaq da dünyaya ölü gəlib.
İki uşaq anası olan Pərvanə Qurbanova üçüncü uşağını dünyaya gətirə bilməyib. Tibb bacısı Qiyafət Məmmədova isə uşağın ölümünü anada çanağın darlığı və doğulan körpənin böyük olması ilə əlaqələndirib. Ananın ölməsinə isə qanaxmanı saxlaya bilməmələri göstərilir. Həkim ilə əlaqə saxlamaq istəsək də doğum evindən həkimin ölüm hadisəsi ilə bağlı Səhiyyə nazirliyinə çağırıldığını bildirdilər.
Yevlax Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov isə məsələ ilə bağlı Səhiyyə nazirliyində komissiya yaradıldığını deyir. Ana və uşağın ölümünün əsas səbəbi də komissiyanın araşdırmasından sonra məlum olacaq.
Ailə üzvlərinin sözlərinə görə, Pərvanənin səhhətində heç bir problem olmayıb.
SƏHİYYƏ NAZİRLİYİNİN MÖVQEYİ
«Ötən gün Yevlax rayonunda doğuş zamanı baş verən ana və uşaq ölümün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır». Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, uşaq ölü doğulub:
«Uşaqda intranatal ölüm baş verib və əməliyyat nəticəsində qanaxma olub. Elə buna görə də, ananı xilas etmək mümkün olmayıb».
Mərhumə Pərvanə Qurbanova Mingəçevir Dövlət Dram teatrının aktrisası olub. Hazırda fakt üzrə Yevlax rayon prokurorluğunda araşdırma gedir.