ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik hesabatında Azərbaycanda cəmiyyətdə dini tolerantlıq mühitinin olmasından, ancaq hökumətin atdığı addımlarla dini etiqad azadlığı sahəsində vəziyyətin gərginləşdiyi bildirilir. Hesabata görə, 2009-cu ildən başlayaraq öncə aşırı məhdudlaşdırıcı qanunun qəbulu, növbəti illərdə isə bu qanunu pozmağa görə cəzaların dəfələrlə artırılması nəticəsində Azərbaycanın sıralamadakı yerini ikinci qrup ölkələrlə əvəzləyib.
Hesabatın tam mətni ilə burada tanış ola bilərsiz. ABŞ-ın Din Azadlığı Komissiyası hesab edir ki, bir çox dini icmalar və DEVAMM kimi dini etiqa azadlığı ilə məşöul olan QHT-lərin qedyiyyata alınmaması, məscidlərin bağlanması, bir çox dindarların qurama ittihamlarla həbsə atılması , xüsusən də qeyri-ənənəvi cərəyanlara aid olan müsəlman və protestant xristian qruplarının təqib olunması, baş örtüsünə qoyulan qadağa, dini ədəbiyyata senzura, alternative hərbi xidmətin hələ tətbiq olunmaması kimi hökumətin atdığı adıdmlar ölkənin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab vermir.
Hesabatın sonunda Komissiya ABŞ_ın Azərbaycanla bağlı xarici siyasətinə dəyiiklik edilməsini tövsiyyə edir.
Tövsiyyələrdə deyilir ki, son 10 ildə Azərbaycanla bağlı siyasət əsasən Əfqanıstandakı müharibəylə bağlı olaraq ancaq qısa müddətli nəticələrə hesablanıb. Ancaq komissiya məsıləhət görür ki, ABŞ rəhbərliyi Azərbaycanla bağlı xarici siyasətində dini azadlıqlar və ümumiyyətlə insan haqları məsələsini önə çəkməlidir, hesabatda sadalanan mənfi halların və pozuntuların aradan qaldırılması üçün Azərbaycan hökumətinə təsir eməli, Azərbaycanda baş verənlərin dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görməli, BÇT-nin Dini Etiqad Azadlığı bağlı Məruzəçisinin ölkəyə səfərlərinə rəsmi Bakını razı salmlı, Bakıda səfirlik vasitəsilə baş verənlərin dəqiq monitorinqini aparmalı, dini etiqad azadlığı sahəsində vəziyyətin işıqlandırılması məqsədilə qrantlar ayırmalı və bununla bağlı fəaliyyətini gücləndirməlidir.