-
"Cavid Zeynallı çox gözəl ədəbi-bədii, ictimai-siyasi potensialı olan bir mövzunu – azərbaycanlı jurnalistin əzablı taleyini – bayağı şou-biznes axarına çevirib".
Bloqçu Əli Novruzov bu məqaləsi ilə yazıçı Cavid Zeynallının "Leyla" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur. (Romandan parça)
Əli Novruzov
LEYLA, VAVEYLA!
Kriminal. Tələbə qızların fahişəliyə sürüklənməsi. Seks. Gecə həyatı. Acı sevgi hekayəti...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbinin yetirməsi, Nəsimi adına Milli Ədəbiyyat Müsabiqəsinin qalibi və Gənclər və İdman Nazirliyinin Gənclər mükafatının qalibi, Prezident təqaüdçüsü Cavid Zeynallının son kitabı – “Leyla” romanının arxa üzündə bu anonsları oxuyarkən insanın ağlından narahat ehtimallar keçməyə bilmir. Son dövr ədəbiyyatətrafı çevrələrdə populyarlaşan “manyakal-zorlama” janrında yenə növbəti anti-şedevr? Daha bir belletristika?
Etiraf edək ki, roman çox yaxşı başlayır. Novxanıda, kimsəsiz ərazidə naməlum mülkigeyimlilər bir jurnalisti amansız şəkildə döyürlər. Əgər roman yenicə başlamasa, “bu dəqiqə öldürəcəklər!” fikri adamın ağlından keçər.
Azərbaycanda jurnalist olmaq ən qorxulu məşğuliyyətlərdən biridir. Azərbaycan jurnalistləri hər cür təhlükə, əzab, əziyyət, məşəqqət və çətinliklə üz-üzə gəlirlər.
Romanı oxumağa başlayanda istər-istəməz düşünürsən: yəni Cavid Zeynallı azərbaycanlı jurnalistlərin keçdiyi əzablı yolları ədəbiyyatamı gətirir? Azərbaycan Yazıçılar Birliyinin üzvü şir ürəyimi yeyib? Şəxsi işinə düşəcək töhmətdən çəkinmirmi? Şairi parafraz etsək:
Əcəba nədir bu?
Ədəbi cəsarət?
Əcəba bu nə?
Xəbərdar deyildik!
Lakin kitabı oxuduqca məyus olursan. Baş qəhrəman sabun köpüyü kimi partlayır.
Süjet öz cılızlığı ilə təəssüf doğurur.
Qısa icmal versək, həyatının çətin dövrünü yaşayan şou-biznes ulduzu və ona valeh olan jurnalist. Bir də şou-biznes ulduzunun mistik bədxahları.
Əsərin baş qəhrəmanı jurnalist Rəcəb ağ atlı oğlan kimi meydana atılır, şou-biznes ulduzu Leylanı ölümdən qurtarır, özünü onun yolunda az qala fəda edir, onun mistik bədxahları ilə az qala təkbaşına vuruşur, sonda da hansısa mistik qüvvələr o mistik bədxahları məğlub edir, Leylanın ulduzu yenidən parlayır, Rəcəb də bu haqda roman yazıb yazıçıya çevrilir, xoşbəxt olur. Jurnalist Rəcəb əsərin əvvəlindən Leylaya açıq-aşkar yaltaqlanır, əsər bitəndə də Leylanın pullarına restoranlarda yeyib-içir, kitab buraxır, öz sevgilisinə gül alır.
Bir sözlə, bəri başdan deyək, heç kəs “Leyla” romanında milli Mikael Blumkvist axtarmasın. Nə də Leyla bizim milli Lisbet deyil.
“Leyla” ilk baxışdan belletristikaya bənzəyə bilər. Həqiqətən də, əgər səbrinizi basıb romanı yarılaya bilsəniz, artıq necə sürətlə və maraqla oxuduğunuzu özünüz də hiss edəcəksiniz. Lakin bu heç də sizi aldatmasın. Söhbət, sadəcə, öz oxucusunu gərgin maraqda saxlamaq kimi primitiv texnikadan gedir.
Forster qeyd edirdi ki, hələ ibtidai icmada ocaq başına yığışan ibtidai insanlara nağıl danışanlar bu texnikadan məharətlə istifadə edirdilər və müasir dövrdə öz romanında bu texnikadan uğurla istifadə etmək hələ bir şey demək deyil (Bax., E.M.Forster, Aspects of the Novel).
Üstəgəl, romanın dili, üslubu, söz ehtiyatı çox köntöydür, qabadır. Əsər dialektizmlərlə aşıb daşır, burada bir dənə də belle lettre tapmaq mümkün deyil. Kitabı vərəqlədikcə peyin iyindən, təzək tüstüsündən, Yasamaldakı köhnə ət bazarının üfunətindən adamın burnu tutulur. Elə bilirsən küçə itinin qoturu indicə sənə keçəcək.
“Bir suyu farslara çəkən kal göyəm gözlü Selma Hayek” və “velosipedi olmadığı üçün toyuq hinində gizlənib ağlayan” baş qəhrəman səni feyziyab edir. Sanki elə növbəti abzasda kolxoz sədri qapını qəfil açacaq və içəri girəcək.
Azərbaycan ədəbiyyatında kök atmış, rişələnmiş aqrarlığı tənqid edən dostumuz Rəşad Səfər yazır ki, kənd həyatından, əyalət mövzularından yazmaq qəbahət deyil və dünya ədəbiyyatında da bunun çox gözəl nümunələri var. Məsələn, Folkner, Knut Hamsun, Tomas Mann, Şoloxov, Bunin: "Amma bu insanlar ciddi mütaliə, təhsil və bunların nəticəsində yaranan bədii təfəkkür və dünyagörüşü sayəsində əyalət söhbətlərinə bəşərilik və estetika qata biliblər."
Cavid Zeynallı isə hətta o qədər püxtələşib ki, tipik şəhər mövzusunu, urbanistik tematikanı da kolxoz prozasının ən gözəl ənənələrində yazmağa müvəffəq olub.
Üstəlik, Cavid Zeynallı çox gözəl ədəbi-bədii, ictimai-siyasi potensialı olan bir mövzunu – azərbaycanlı jurnalistin əzablı taleyini – bayağı şou-biznes axarına çevirib.
Və sonda, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbinin yetirməsi, Nəsimi adına Milli Ədəbiyyat Müsabiqəsinin qalibi və Gənclər və İdman Nazirliyinin Gənclər mükafatının qalibi, Prezident təqaüdçüsü Cavid Zeynallı özü görün nə qədər öz ədəbi qabiliyyətindən əmin deyil ki, kitabını necə təqdim etməyə məcburdur:
Acı sevgi hekayəti. Gecə həyatı. Seks. Tələbə qızların fahişəliyə sürüklənməsi. Kriminal.