-
Mayın 5-də Bakı Apellyasiya məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın vəkillərinin verdiyi apellyasiya şikayəti ilə bağlı proses davam edib.
Hakim kasassiya şikayətini baxılmamış saxlayıb və vəkillərin çıxış etməsini istəyib. Vəkillər isə buna etiraz edərək fasilə elan olunmasını istəyiblər. Amma hakim buna da razı olmayıb. Bundan sonra Gülər Əhmədovanın hər üç vəkili qısa çıxışlar ediblər.
Vəkil Lətif Ağayev müdafiə etdikləri şəxsə qarşı açılan cinayət işini sənədlər toplusu adlandırıb.
“Bu cinayət işi deyil, sənədlər toplusudur. Bakı Ağır Cinayətlər Məhkəməsində hər hansı prosesual maddələrə əməl olunmasından söhbət gedə bilməz. Məhkəmənin qərarları maddi sübutlar əsasında deyil, “307-ci ” və “178-ci ” maddələr əsassızdır. KİV-də yayılan məlumatların istintaqa kimin təqdim etdiyi məlum deyil. Cinayətin yeri və vaxtı dəqiq olmadığından qərarı əsassız hesab edirəm və təqsirləndirilən şəxs bəraət almalıdır” deyə, o bildirib.
Digər vəkil Fazil Nemətov isə Gülər Əhnədovaya qarşı açılan cinayət işinin fakta görə deyil, şəxsə görə açıldığını deyib.
Vəkil Əfsər Talıbov çıxışa başlayan zaman Gülər Əhmədovanın halı pisləşib. Hakim təqsirləndirilən şəxsə tibbi yardım göstərilməsi üçün prosesi müvəqqəti təxirə salıb.
ANALOQSUZ CİNAYƏT İŞİ
Fasilədən sonra proses davam edib.
“Əziz məhkəmə və cənab prezident, sizdən mərhəmət diləyirəm”.
Bu sözləri keçmiş deputat Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsində son söz zamanı deyib.
Gülər Əhmədova heç bir ekspertiza olmadan ona cinayət işi açılmasının qanunsuz olduğunu bildirib.
“Zərərçəkən olmadan mənə qarşı açılan cinayət işi analoqsuz cinayət işidir. Ümid edirəm ki, Azərbaycan məhkəmə tarixində bir daha belə cinayət işi olmayacaq. Bu işdə qanuni bir şey yoxdur ki, buna görə bağışlanma istəyim. Mənim üçün ən vacib Azərbaycan dövlətçiliyidir. Avropaya gedən yolu hamıdan yaxşı bilirəm, mənə heç kim göstəriş verməsin”.
Keçmiş deputat tamami ilə günahsız olduğunu və heç bir dələduzluğa da yol vermədiyini deyib.
“Mən dələduzluq etsəydim çoxdan tutulardım. Mən Azərbaycan dövlətçiliyi naminə çox şeylər vermişəm. Mən nə prezidentə, nə məhkəməyə bağışlanmam üçün müraciət edirəm. Amma ailəmin əhval-ruhiyyə baxımından kritik vəziyyətdə olduğunu nəzərə alaraq sizdən və cənab prezidentdən mərhəmət diləyirəm”.
Hakimlər müşavirəyə gedəndən sonra Gülər Əhmədova jurnalistlərə belə deyib:
“Elşad Abdullayev Azərbaycan xalqının düşməni, mən isə həmişə Azərbaycan dövlətinin arxasındayam”.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. O, 3 il azadlıqdan məhrum edilib.