Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:42

QMİ: «Donorla doğulan uşaqlar haramzadə sayılır»


Foto: Arxiv
Foto: Arxiv
-
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) deputat Hadi Rəcəblinin açıqlamalarına münasibət bildirib.

Bu haqda QMİ-nin saytında məlumat yayılıb.

Həmin məlumatda bildirilir ki, qadının süni yolla və donor vasitəsilə hamilə olması haramdır və bu yolla doğulan uşaq haramzadə sayılır:

«İslam hüququ (fiqh) və şəriət görə, kişinin nütfəsinin (spermanın) yalnız onun halal kəbinli arvadının bətninə tibbi üsulla yerləşdirilməsinə icazə verilir. Bu yolla doğulan uşaqlar şəriət baxımından bütün hüquqlara malik olurlar.

Qadının yumurtasını ərindən başqa bir donor kişinin nütfəsi ilə birləşdirilərək süni mayalanma yolu ilə qadını hamilə etmək isə haramdır. Bu yolla doğulan uşaqlar haramzadə sayılır, şəriət normalarına görə, vərəsəlik hüququndan məhrum olurlar».

Deputat Hadi Rəcəbli 2 ay öncə bildirmişdi ki, 10 il uşağı olmayanlara dövlət pulsuz süni mayalanma təklif edəcək.
XS
SM
MD
LG