Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:11

«Economist»də işləyən rusdillilər Putin-dən kömək istəyəcək


Luhanskda parad
Luhanskda parad
-
Putin Rus şovinizmini öz siyasətinin əsasına qoyub. Bunu Talbott deyir. Dünyanı Putin deyən kimi bölsən, onda gərək Britaniya ABŞ-ı istəsin, çünki ABŞ-da ingilisdillilərdir. Vətəndaş müharibəsindənsə, bəlkə bölünmək yaxşıdır? – Mətbuat icmalı

RUS ŞOVİNİZMİ

Time Ukraynanın Kramatorsk şəhərində 20 yaşlı Artur Smolinlə söhbət edir. O, Ukraynada anadan olub, heç vaxt Rusiyanı görməyib, ancaq Rusiya üçün həyatını verməyə hazır olduğunu bildirir. Time soruşur : “niyə?” O cavab verir: “Çünki mən rusam”.
Kramatorskda rusiyapərəst yaraqlı
Kramatorskda rusiyapərəst yaraqlı

ABŞ-ın Brookings İnstitutunun rəhbəri, Dövlət Katibinin keçmiş müavini Strobe Talbottun fikrini sitat gətirir: “Putin rus şovinizmini Rusiya siyasətinin əsasına qoyub”.
Talbott deyir ki, vaxtilə ABŞ prezidenti ata-Buş yeni dünya nizamının yarandığını deyirdi, indi Putin həmin nizamın əsaslarını laxladır”.

LİNQVİSTİK İMPERİALİZM

Economist “Linqvistik imperaializm” məqaləsində yazır ki, Putin Krımın anneksiyasını Krımda rusdillilərin olması və Rusiyanın rusdililəri hər yerdə müdafiə edəcəyi ilə izah edir. Economist Putinin bu yanaşması ilə dünyanın yeni xəritəsini çəkir:

Portuqaliya onda gərək Braziliyaya iddia etsin, çünki Braziliyada portuqal dilində danışırlar. İspaniya Mərkəzi və Cənubi Amerikanı, Fransa Afrikanın qərbini istəyə bilər. İsveç Finlyandiyanın bir hissəsinə iddia edə bilər. Britaniya ABŞ-ı tələb edə bilər.

Jurnal sonda zarafatla yazır ki, “ Economist jurnalında bir neçə rusdilli var. Onların maaş məsələsində narazılığı olsa, onda Putindən himayə istəyəcəklər.”

NORMAL ÖLKƏ?

Washington Post yazır ki, SSRİ dağılandan sonra Qərb rahatlandı ki, post-sovet Rusiyası problem deyil. Hətta sonra qətb liderləri anlayanda ki, Putin Rusiyası problemə çevrilir, yenə Rusiyaya normal ölkə kimi baxırdılar.

Qəzet yazır ki, Putinin Ukraynaya hücumu onun Rusiya sərhədləri daxılində heç bir müxalifətə dözməyəcəyini göstərir. Putin təkcə Rusiyada yox, bütün keçmiş Sovet bloku çərçivəsində inqilab ideyasını beşiyində boğmaq istəyir.

Putin soyuq müharibənin nəticələrinə yenidən baxmaq və yeni dünya nizamı yaratmaq istəyir.

Qəzet yazır ki, Qərb Rusiyanın sərvətlərindən faydalanır, buna görə də Putin alver təklif edir: bu sərvətlərdən faydalanmaqda davam etməyin əvəzində dünyanın yeni nizamına razılaşmaq.

BƏLKƏ BÖLÜNSƏ YAXŞIDIR?

Britaniya qəzetlərində artıq Ukraynanın bölünə bilməsi variantları müzakirə olunmağa başlayır. Financial Times yazır ki, Ukraynanın bölünməsi ən yaxşı variant ola bilər.
Qəzet vurğulayır ki, heç bir ölkənin parçalanması əsas həll variantı kimi götürülmür. Ancaq vətəndaş müharibəsindənsə bölünmə yaxşıdır.
Ukraynada separatist regionlar
Ukraynada separatist regionlar

Odessa qırğınından sonra tunelin sonunda işıq görünmür. Hazırda ola bilsin ki, acı həqiqətlə üz-üzəyik: Ukrayna böhrandan unitar dövlət kimi çıxa bilməyəcək.

Qəzet Rusiya və Qərb qarşıdurması haqda bir qeyd edir. Yazır ki, Qərbin sanskiyaları Rusiya iqtisadiyyatını ağrıdır, qlobal iqtisadiyyata isə Rusiyanın nefti və qazı lazımdır.
Qəzet öz hərəkətlərində kimin və nə qədər uzağa gedə biləcəyi haqda isə yazır ki, Qərb gücdən istifadəyə hazır deyil, Rusiya isə hazırdır.

İndiki vəziyyətdə isə Ukrayna ilə bağlı hələ bir dənə də olsun yaxşı həll variantı tapılmayıb.

Heç kim Ukraynada vətəndaşı müharibəsi istəmir, Rusiya da tanklarını yeritməyə çəkinir. Avropa və ABŞ Balıkansayağı münaqişə istəmir. Ukrayna xalqı kifayət qədər əziyyət çəkib. Bəlkə indi oturub, nəyin bahasına olursa-olsun həll tapmağın vaxtıdır.

Qəzet hətta təklif edir ki, 25 may prezident seçkilərini təxirə salmaq, əvvəlcə konstitusiya referenduimu keçirmək, yeni parlament seçkiləri kimi təkliflər masanın üstündə olmalıdır və müzakirə olunmalıdır.
XS
SM
MD
LG