-
Şərqi Ukraynada, doğma Novohradovka şəhərindəki əsas hökumət binasının damından separatçıların bayrağını qoparanda, Oleksandr Hurov bilirdi ki, bəlaya düçar olacaq.
Lakin bu bəla çox tez və qəddar bir şəkildə baş verdi.
Bu hadisədən iki həftə sonra 36 yaşlı şaxtaçı Kiyevdəki xəstəxanalardan birində yatır. Onun çənəsi və burnu sındırılıb, qolları yırtılıb, qabırğaları çatlayıb.
«Onlar məni dayanmadan döyürdülər», - Hurov AzadlıqRadiosuna deyib. «Mən yerə yıxılmışdım, onlar məni təpikləyir, avtomatın qundağı ilə başıma vururdular. Onlardan biri mənim qollarımı aralayır, digəri isə ayaqları ilə sinəmin üstünə tullanırdı. Mən zaman-zaman huşumu itirirdim. Bu, daha yaxşı idi, çünki ağrı hiss etmirdim».
Hurov deyir ki, onu döyənlər onu satqın adlandırır, çiynində döymə ilə yazılmış «Yaşasın Ukrayna! Yaşasın qəhrəmanlar» sözlərini sınıq lampa şüşəsi ilə pozmaq istəyirdilər.
Hurov-un vahiməli hekayəti bu gün Ukraynanın şərqində adi bir hala çevrilib. Orada rusiyapərəst separatçılar regionda möhkəmlənmək məqsədilə adam oğurluğu və işgəncə kampaniyası aparırlar.
Onlar yerli rəsmiləri, Ukraynapərəst fəalları, jurnalistləri, əcnəbi müşahidəçiləri, humanitar yardım işçilərini - bir sözlə onların ötən ay Donetsk və Luqansk regionlarında qurduqları «Xalq Respublikası»nı tənqid edən kim varsa, hamını girov kampaniyasının hədəfinə çevirdiklərini çəkinmədən etiraf ediblər.
Separatçı hərəkat daha çox təşkilatlandıqca, adam oğurluqları daha sistematik və daha düşünülmüş şəkil alır.
«Mən bütün bunlara ayrı-ayrı insidentlər kimi baxmıram. Burada aşkar şəkildə bir sxem var» - «Human Rights Watch» təşkilatından Anna Neistat deyir. O, bu yaxınlarda adam oğurluqlarını araşdırmaq üçün Donetsk regionuna səfər edib.
«Mən hər gün kiminsə oğurlandığı və ya döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra azad edildiyi haqqında məlumatlar alırdım» – deyir Neistat.
Neistat bildirir ki, o bir çox hallarda ciddi xəsarətlərə səbəb olan «dəhşətli» zorakılıq və qəddarlıq aktlarına məruz qalmış adamlarla söhbətlər aparıb.
«Human Rights Watch»un təxminlərinə görə, hazırda onlarca adam qiyamçılar tərəfindən əsir edilib.
«UKRAYNA» SÖZÜNÜ QADAĞAN EDİBLƏR
Keçmiş separatçı Anton AzadlıqRadiosu ilə söhbətində bu iddiaları təsdiqləyib. Qisasdan çəkinən və soyadını gizlədən 25 yaşlı gənc deyir ki, o, qiyamçıların qan içində olan ukraynapərəst girovları başlarına torba keçirilmiş vəziyyətdə yerli icra hakimiyyətinin binasına – separatçıların qərargahına sürüklədiklərini gördükdən sonra onlardan qaçmaq qərarına gəlib.
«Adamları əvvəlcə döyür, sonra isə «intizamlandırırlar» – deyir Anton. «Onlar «Ukrayna» sözünü dilə gətirməyi, Ukrayna dilində danışmağı qadağan edir və deyirlər ki, indi bura Rusiyadır. Bəli, əsirləri döyür və onlara işgəncə verirlər. Sonra onları şəhər ətrafına aparıb sərbəst buraxırlar».
Lakin bu dəhşətdən heç də hamı salamat qurtarmır.
Ötən ay bədənlərində işgəncə əlamətləri olan iki nəfərin meyiti şərqi Ukraynanın Slavyansk şəhəri yaxınlığındakı çayın sahilindən tapılıb.
Onlardan birinin günün-günorta çağı oğurlanmış yerli rəsmi Volodymyr Rybak olduğu müəyyən edilib. O, separatçıların bayrağını çıxarıb atdığına görə rusiyapərəst qaragüruhun hücumuna məruz qalmışdı.
Oğurlananlardan bəziləri həftələrdir ki, tapılmırlar və onların öldüyündən ehtiyatlanmalar var.
Slavyanskda separatçılar tərəfindən əsir edilmiş ABŞ jurnalisti Simon Ostrovsky deyir ki, o, qiyamçıların əlində olan təhlükəsizlik xidməti - SBU-nun zirzəmisində onlarca əsir görüb. Neistat bu zirzəmini «qara dəlik» adlandırır, çünki bura düşənlərdən çoxunun sonralar heç izi də tapılmır.
Ostrovsky deyir ki, onlardan bəziləri orada iki həftə saxlanıblar.
İŞGƏNCƏLƏR 5 VƏ 6-CI MƏRTƏBƏLƏRDƏ BAŞ VERİR
Girovların çoxu kimi Hurov da günün günortasında ağır silahlanmış maskalı adamlar tərəfindən oğurlandığını deyir.
Onu başqa 5 fəalla – bir şaxtaçı və Novohradovkanın Kiyev hökumətinə sadiq 4 yerli rəsmisi ilə birlikdə aparıblar. Onlar mayın 4-də bir araya gələrək separatçıları doğma şəhərlərindən necə çıxarmağı müzakirə edirdilər.
Hurov israr edir ki, onlar özlərini dinc aparırdılar və əsas məqsədləri separatçı bayraqlarını binalardan qoparmaq idi.
Fəalları mikroavtobusa doldurub Donetskdəki icra hakimiyyətinin binasına aparıblar. İndi bu 11-mərtəbəli bina «Donetsk Xalq Respublikası»nın qərargahı sayılır.
Barrikadalar və tikanlı məftillərlə dövrələnmiş bina separatçı hərəkatın beyin mərkəzi kimi ad çıxarıb. Deyilənlərə görə, işgəncələr və döyülmələr 5 və 6-cı mərtəbələrdə baş verir.
Şahidlər deyirlər ki, ikinci mərtəbədə müvəqqəti xəstəxana yerləşir və burada 50 tibb işçisi növbə ilə işləyir.
Hurov deyir ki, beşinci mərtəbəyə aparmazdan əvvəl onu başına Ukrayna bayrağı dolanmış vəziyyətdə binanın önünə toplaşmış adamların qarşısından keçiriblər.
«Onlar məni ofisə basdılar», - deyir Hurov. «Mən qonşu otaqlardan dostlarımın bağırtılarını eşidirdim».
Orada onu təkrar-təkrar döyüblər, təhqir ediblər, ölümlə hədələyiblər və ona bihuş edən iynə vurublar.
Onu ertəsi gün, deyilənlərə görə, əsir separatçılara dəyişərək buraxıblar.
Digər 5 fəalı da azad ediblər. Onların hamısı ciddi xəsarət alıb.
SORĞU-SUAL ETMƏKDƏ MAHİRDİRLƏR
Keçmiş separatçı Anton-un verdiyi məlumata görə, beşinci və altıncı mərtəbədə işləyənlər əslən Ukraynanın şərqindəndirlər.
Onların yaxşı cilalanmış sorğu-sual səriştələri var. Bu isə ondan xəbər verə bilər ki, onlar hüquq-mühafizə və ya kəşfiyyat orqanları ilə əlaqəli olublar.
Lakin Anton kazak birlikləri də daxil, separatçılara dəstək verən döyüşçülərin Rusiyadan gəldiklərini təsdiqləyir.
O həmçinin təsdiq edir ki, Donetskin hökumət binasındakı əldəqayırma klinikada yaraqlı yaralıları müalicə edir və arabir girovlara da tibbi xidmət göstərirlər.
Anton iddia edir ki, ötən həftə Qırmızı Xaçın Donetskdəki ofisinə, yardım işçilərinin 7 saat saxlandıqları reyd də separatçıların xəstəxanasına dərman ələ keçirmək üçün edilib.
Lakin «Donetsk Xalq Respublikası»nın sözçüsü iddia edir ki, əməkdaşlarından birinin qəddar şəkildə döyüldüyü Qırmızı Xaçın işçilərini casusluqda şübhəli şəxslər kimi saxlayıblar.
Separatçılardan qaçdıqdan sonra Anton-un özü də keçmiş silahdaşları tərəfindən «intizam» dərsi alacağından qorxur.
«Əgər onlar xəbər tutsalar», - deyir o, «məni bağışlamayacaqlar».
Hurov da öz həyatı, hədələndikdən sonra onunla birlikdə Kiyevə gəlmiş arvadının və uşağının həyatı üçün ehtiyat edir.
O, ölümə məhkum edildiyi «Donetsk Xalq Respublikası»na – Ukraynanın şərqinə qayıtmaq niyyətində olmadığını deyir.
Gələcəyi barədə soruşanda Hurov döyüküb qalır.
Lakin o, xəstəxanadan çıxan kimi iki şeyi edəcəyinə əmindir.
Birincisi, vahid Ukrayna uğrunda mübarizəni davam etdirməkdir.
İkincisi isə çiynindəki döymə yazıları bərpa etmək.
«Mən sizi inandırıram ki, yazılar əvvəlkindən daha gözəl və parlaq olacaq. Çapıqlar qalacaq, lakin bütün bunları düzəltmək mümkündür. Hər şey yaxşı olacaq».