Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:44

«Bir ovuc ingilis əsgərini dənizə tökmək bir neçə saatlıq işdir…»


Fətəli Xan Xoyski
Fətəli Xan Xoyski
-
AzadlıqRadiosunun «İz» proqramı 28 May--İstiqlal Günü ərəfəsində «Cümhuriyyət fədailəri» silsiləsindən 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edən baş nazir Fətəli Xan Xoyskiyə (Fətəli xan Xoylu) həsr olunmuş verilişini təqdim edir.

...90 il öncə müsəlman Şərqində demokratiya yelləri əsdi və ilk demokratik respublika—Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

«Millətlərə istiqlal!» kimi tanış şüarın ardından «İnsanlara hürriyyət!» çağırışı daha gur eşidilməyə başladı.

23 aydan sonra demokratik cümhuriyyət yıxıldı...ancaq «Millətlərə istiqlal! İnsanlara hürriyyət!» çağırışları kəsilmədi.

Bu səslərdən biri də demokratiya fədailərindən—Fətəli Xan Xoylunun səsi idi.

Xan Xoyskinin ömür yolunu tarixçi-alim Firdovsiyə Əhmədova ilə vərəqlədik.

Veriliş boyu diplomat Pərvin Mirzəzadənin radiomuzun arxivindəki səsindən də faydalandıq.

Verilişdə Xan Xoyskinin dünya dövlətlərinə Azərbaycan istiqlalını elan etməsi, ingilis generalı Tomsonla məşhur dialoqu, cümhuriyyət qurucularının onun haqqında xatirələri də yer alıb.

Tariximizin şanlı səhifələrini birgə vərəqləyək.
İz - Taxta gəmini fırtınalı dənizdən qurtaran baş nazir
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG