03:33
28.5.2014
Jitomirdə naməlum yaraqlılar Ukrayna radikalları (Sağ sektor təşkilatının üzvlərini) girov götürüblər.
Donetsk yaxınlığında dəmiryol xəttlərində diversiya baş verib. Daxili işlər nazirliyi qatarların hərəkətinin bərpa olunduğunu bildirib.
Separatçılar elan ediblər ki, Donetskdə komendant saatı elan olunur. "OstovB" saytına istinadən AzadliqRadiosu Rusiya xidməti xəbər verir ki, Qorlovka şəhərində yaraqlı separatçılar yerli polis rəhbərliyini separatçı Donetsk xalq respublikasına tabe olmamaq ittihamı ilə güllələyiblər.
23:26
27.5.2014
ODESSA VƏ KİYEV MERLƏRİ SEÇİLİR
Bazar günü Ukraynada ancaq prezidenti deyil, Kiyev və Odessa şəhərlərinin merlərini də seçirdilər. Paytaxtda gözlənildiyi kimi, Udar partiyasının rəhbəri, məşhur boksçu Victor Klitschko qələbə qazandı və artıq Avromaydan fəallarından Kiyev şəhər sovetinin binasını boşaltmağı xahiş edib ki, şəhər rəhbərliyi normal fəlaiyyətə başlaya bilsin.
Odessada isə Klitschkonun partiyadaşı sabiq şəhər meri Eduard Gurwits iş adamı və bu yaxınlara qədər hakim Yanukovych-in Regionlar partiyasının üzvü olan Gennadiy Trukhanova uduzub. Mayın 27-də 43 faiz səs toplayan Trukhanov Odessa meri elan olunub. 32 faiz səs toplayan Gurwits iddia edir ki, seçkilərin gedişində saxtakarlıq olub. O, seçkilərin nəticələrinə məhkəmə yolu ilə yenidən baxılmasına çalışacağını deyir.
23:07
27.5.2014
ATƏT-in Ukraynadakı xüsusi missiyasının 4 müşahidəçisi yoxa çıxıb. ATƏT-in məlumatında bildirlir ki, Donetsk vilayətində müşahidələr aparan əməkdaşlar sonuncu dəfə mayın 26-da axşam saat 6-da əlaqəyə çıxıblar, onların aqibəti haqda heç bir xəbər yoxdur. Müşahidəçilərin Türkiyə, Estoniya, Usveçrə və Danimarka vətəndaşları olduğu bildirilir.
22:14
27.5.2014
ABŞ prezidenti Ukraynanın yeni seçilən prezidenti Petr Poroshenkonu telefonla təbrik edib. Ona parçalanmış ölkənin birləşdirilməsi istiqamətində uğurlar arzulayib. Obama Ukraynada tezliklə islahatların keçirilməsinin vacibliyini də vurğulayıb.