10:40
30.5.2014
#Ukrayna Petro Poroshenko-nu prezident səlahiyyətlərini yerinə yetirən Aleksandr Turchinov da təbrik edib http://t.co/7SDh7qZ3cN
— AzadliqRadiosu (@RadioAzadliq) 30.5.2014
22:03
29.5.2014
Luqansk vilayətinin Aleksandrovsk şəhərində separatçılarla Ukrayna hərbçiləri arasında gedən döyüşdə sursat anbarında partlayış olub. Vilayət daxili işlər nazirinin nümayəndəsi Tatyana Pogukay ölən və yaralananlar haqda məlumatın olmadığını bildirib. Xəbər verilir ki, mayın 29-da axşam saat 4 radələrində 8 KamAZ maşınında avtomat, pulemyot və qumbaratanlarla silahlanan separatçılar Aleksandrovska gəlib. Onlar hərbi hissəni ələ keçirmək istəyəndə döyüş başlayıb.
Jurnaslit Arkadiy Babchenko sosial şəbəkədə yazıb ki, İzyum şəhəri yaxınlığında Ukrayna hərbçilərinin maşın karvanı atəşə tutulub, 1 nəfər həlak olub, yaralananlar var.
Ukrayna könüllülərindən formalaşan Daxili qoşunların “Azov” batalyonunun komandir müavini Yaroslav Gonchar iddia edir ki, onda Rusiyadan Ukrayna ərazisinə 4 mindən artıq yaraqlılının keçməsi haqda məlumat var.
19:38
29.5.2014
#Ukrayna müdafiə naziri Donbassda fövqəladə vəziyyət elan etməyin əleyhinədir http://t.co/E5RaDO8CcU
— AzadliqRadiosu (@RadioAzadliq) 29.5.2014
19:05
29.5.2014
Slavyansk yaxınlığında vurulan Mi-8 vertolyotunda həlak olan general Kulchitskiy. Ukrayna Milli qvardiyası bildirib ki, vertolyotu vuran yaraqlılar məhv edilib.
Eyni zamanda Azadliq Radiosu Rus xidməti mayın 28-də Luqanskda Milli qvardiya ilə separatçılar arasındakı döyüşün daha ətraflı mənzərəsini yaratmağa çalışıb. Separatçılar iddia edirlər ki, danışıqlardan sonra Ukrayna hərbçiləri silahı yerə qoyub hərbi hissəni tərk ediblər. Milli qvardiyanın versiyasına əsasən separatçıların ilk hücumu Milli qvardiya əsgərləri tərəfindən dəf edilib. Atışma səsinə həmin hərbi hissədə qulluq edən əsgərləin valideynləri oraya gəliblər. Separatçılar əsgərlərin valideynlərini girov götürərək əsgərləri silahı yerə qoymağa məcbur ediblər.