Mayın 25-də Ukrayanda keçirilən prezidenti seçkilərinin birinci dövrəsində “şokolad kralı” Petro Poroshenko-nun “qaz şahzdəsi” Yulia Tymoshenko-ya qalib gələcəyi demək olar ki, indidən bəllidir. Bununla belə, bu seçkilər haqqında bilməyiniz lazım olan müəyyən məqamlar var.
1. Tymoshenko Narıncı İnqilabın yeganə çələnglisi deyil
Əlbəttə, o yadımızda qalanlardan biridir. Lakin 2004-cü ildə nəhəng qənnadı biznesi qurmuş və Kanal 5 televiziyasını yaratmış Poroshenko inqilabın ən böyük maliyyə dəstəkçilərindən hesab edilirdi. O həmçinin Viktor Yushchenko-nun müttəfiqi idi, onun kampaniyasına yardım göstərir və narıncı inqilabın qələbəsindən sonra baş nazir vəzifəsini alacağına ümid edirdi.
Lakin əvəzində prezident onu Təhlükəsizlik və Müdafiə Şurasının rəisi təyin etdi, baş nazir postunu isə oliqarxları, ələlxüsus da Poroshenko-nu xoşlamayan Tymoshenko-ya verdi.
2005-ci ildə bir-birini korrupsiyada ittiham edən və silsilə çəkişmələrdə bulunmaqla hökuməti iflic vəziyyətinə salan Poroshenko vvə Tymoshenko vəzifələrindən kənarlaşdırıldılar. Lakin Poroshenko-nun ekiz qızları Yevhenia və Oleksandra-nın xaç atası olan Yushchenko oliqarxla yaxın olmaqda davam edirdi.
2. Tymoshenko Rusiya ilə münasibət qura biləcək yeganə şəxs də deyil
İnqilabi keçmişinə və qərbpərəst ritorikasına baxmayaraq Tymoshenko ənənəvi olaraq Kremllə gəlirli işlək münasibətlərdə olan birisi kimi tanınıb. O “qaz şahzadəsi” ayamasını da 1990-cı illərdə Rusiya qazının idxalına görə qazanıb.
Putin 2009-cu ilin qaz böhranına son qoymuş qaz danışıqlarından sonra Tymoshenko-nu əməkdaşlıq etməli şəxs adlandırmış, lakin Tymoshenko Viktor Yanukovych-in hakimiyyəti dövründə ziddiyyətli bir şəkildə həbsxanaya salınmışdı.
Lap bu yaxınlarda şərqdəki separatçılara qarşı zor işlədilməsindən çəkinməyə çağırış etdiyinə görə onun “Putin-in oyununu” oynaması barədə şaiyələr yayılıb.
Lakin Leonid Kuchma-dan bu yana, siyasi oriyentasiyasına baxmayaraq bütün administrasiyaların dövründə işləməyi bacaran Poroshenko da dost qazanmaq ustasıdır. Onun ən nəhəng Roshen şokolad fabriklərindən biri Rusiyanın cənubunda yerləşir və o, Putinin barəsində çox hay-küy qaldırdığı NATO ilə Ukraynanın münasibətləri məsələsində daha ambisiyalı mövqe tutub.
Ukraynada anti-Rusiya əhval-ruhiyyəsinin yüksək olduğu bir vaxtda hər iki namizəd özlərini vətənpərvər və üsyankar kimi təqdim etməyə çalışır.
Mətbuata sızmış telefon söhbəti zamanı Tymoshenko Ukrayna torpağındakı bütün ruslara son qoyulmasına çağırıb.
Rusiyaya şokolad ixracına Moskva tərəfindən qoyulmuş qadağandan sonra Poroshenko ticarət müharibəsindən öz çəkisini artırmaq məqsədilə istifadə edir. “Qadağan göstərir ki, mən düz hərəkət edirəm” – deyib Poroshenko bu həftə Xarkovda, - bu mənim siyasətimin Ukrayanapərəst olduğunu təsdiqləyir”.
3. İkinci dövrə ola bilər və bu, Tymoshenko-nun xeyrinə işləyə bilər
Kiyev Demokratik Təşəbbüslər Fondu və Razumkov sorğu mərkəzinin birgə keçirdiyi rəy sorğusunda Poroshenko-nun ümid göstəricisi 44,6, Tymoshenko-nun nəticəsi isə 8,4 faizdir. Bu Poroshenko ilə birinci dövrədə qələbəni təmin edəcək 50 faiz arasında cüzi fərq saxlayır.
Lakin sosioloqların "Tymoshenko fenomeni” adlandırdıqları bir şey də var, o da buidur ki, Batkivshchyna
lideri əsl səsvermədə bir qayda olaraq rəy sorğusunun nəticəsindən 15 faiz artıq səs toplaya bilir. Bu isə Tymoshenko-nun 40 faizədək səs toplamasına və Poroshenko-nun prosesdəki liderliyinə son qoymasına kömək edə bilər.
Lakin hətta qələbə birinci dövrədə baş verdiyi təqdirdə də, saxtakarlıq barədə ittihamlar və ya sadəcə ictimai asayişin pozulması, iyunun 15-də ikinci dövrənin keçirilməsinə səbəb ola bilər. Bu isə öz növbəsində Tymoshenko-nun doğulduğu və dəstək aldığı Dnepropetrovsk da daxil olmaqla ölkə şərqində seçicilərin ikinci dövrədəki fəallığını indi gözləniləndən daha güclü edə bilər.
4. Poroshenko debatlara qatılmır
“Pullu shou”-nun iştirakçısı olmaq istəmədiyini deyən Poroshenko Tymoshenko da daxil olmaqla rəqibləri ilə debata çıxmaqdan qətiyyətlə imtina edir. (O deyib ki, məsələ ikinci raunda çatsa, Batkivshchyna lideri ilə debata çıxacaq.) Onun ədəbaz mövqeyindən qəzəblənən Tymoshenko mayın 22-də Poroshenko-nu birinci dövrədən əvvəl teledebata çağırdığını bir daha təkrar edib.
2010-cu il prezident seçkisində Viktor Yanukovytch-ə rəqib olmuş Tymoshenko “boş kürsü” ilə debata çıxmışdı və indi isə bəyan edir ki, “ictimaiyyət qarşısında cavabsız qoyacağlı sual yoxdur”. O deyir ki, Poroshenko debatlardan ictimaiyyət üçün mühüm olan məsələlər barədə veriləcək suallardan qorxduğu üçün qaçır.
5. Qərb dəyərlərinin heç də hamısı bərabər deyil
Dneptopetrovsk vilayətindəki seçki kampaniyası zamanı Poroshenko seçicilərdən biri tərəfindən suallarla güncə qısnananda gey nikahlarına qarşı olduğunu söyləməklə müşahidəçiləri xeyli təəccüblənidirib. (Katya Gorchinskaya-nın bu barədə "Kyiv Post" qəzetində dərc olunmuş reportajında həm də qeyd olunurdu ki, cənab Poroshenko çox işləməyi sevir, Facebook səhifəsini özü təzələyir və arabir də qısa ətəklərə nəzər yetirməyi unutmur.)
Homoseksuallar arasında nikahlara dair Tymoshenko-nun mövqeyi aydın deyil, lakin onun sağ əli – hazırkı baş nazir Arseniy Yatsenyuk ötən il “bir xristian və pravoslav kimi eynicinsli nikahları qəbul edə bilməyəcəyini” söyləməklə Poroshenko-ya bənzər mövqe tutub.
6. Seçkidə başqa namizədlər də var
Onlar az qala 20 nəfərdirlər.
7. Salamat qal, Vitali
Texniki baxımdan mayın 25-i Vitali Klitschko-nun siyasi karyerasında yeni fəslin başlanğıcı ola bilər. Keçmiş ağırçəkili dünya çempionu və UDAR-ın lideri, Poroshenko-nun xeyrinə lütfkarlıqla prezidentlik yarışını tərk edib və onun Kiyev şəhərinin meri seçiləcəyinə böyük ümidlər var.
Ukrayna paytaxtına rəhbərlik etmək mühüm, lakin çox az adamın indiyədək bacardığı cəncəlli bir vəzifədir. Əslində postunu 2010-cu ildə itirmiş və son dərəcə sevilməyən Leonid Chernovetsky-dən sonra şəhərin sözün tam mənasında meri olmayıb.
Bu posta həm də siyasi dalan kimi baxılır. Şəhərin post-Sovet merlərindən heç biri ölkə səviyyəli siyasətçiyə çevrilə bilməyib.
Beləliklə, Klitschko-nun xoşladığı kimi idman məcazlarından istifadə etsək, deməliyik ki, o, rəqib olaraq qalır, lakin boks terminologiyası ilə güncə sıxışdırılıb. Ola bilsin ki, onun nəyəsə yarayıb-yaramadığını heç vaxt görməyək. Hərçənd o, kiyevlilərə su parkı və Disneyland vəd edib.
8. Bütün bunların məsələyə dəxli olmaya da bilər
Prezidentlik yarışında irəlidə gedən üçlükdəkilər iki milyarder və bir milyionçudur.
Adı çəkilənlərin hər üçü on ildən çoxdur ki, siyasətdədir. Odur ki, onlardan heç biri, ələxüsus da indi, yüzlərlə etirazçının zorakı ölümünün təəssüratlarının hələ isti və ağrılı olduğu bir vaxtda, Avromaydanın radikal dəyişiklik çağırışlarını qane etməyə hazır deyil.
Həmçinin mayın 22-də şərqi Ukraynada 17 hökumət əsgərinin öldürülməsi də yeni prezident üçün strateji və terrorun meydan suladığı regionda asayişin bərpa edilməsi dilemması təşkil edəcək.
Ukraynanın iqtisadiyyatı tənəzzüldədir və qarşıdan yeni parlament seçkiləri gəlir. Üstəlik ölkənin daxili və dərin parçalanmalar içində olduğu və köhnə qvardiyanın narazılığını elan etdiyini də nəzərə alanda heç bir qüvvənin qeyri-müəyyənliyə üstün gəlmək iqtidarında olmaması nəticəsinə gələrik.
Bəzi təhlilçilər artıq indidən qarşıdan gələn qış üçün yeni Maydan etirazları dalğasının və xaosun davam edəcəyinin proqnozunu verirlər.