-
«Saxlandığı təcridxanada polisə müqavimət göstərməkdə ittiham olunan gənc fəal Orxan Eyyubzadə əslində özü çox pis, qeyri-insani rəftara məruz qalıb».
Bunu AzadlıqRadiosuna müsahibəsində vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, hadisə mayın 15-də baş verib.
«Görünür polislər hesab ediblər ki, Orxan həbsdən çıxandan sonra onlardan şikayət verə bilər. Elə bu səbəbdən də özlərini sığortalamaq üçün ondan əvvəl məhkəməyə müraciət ediblər. Orxan ekspertizadan keçib, onda xəsarət izləri var. Hətta onun paltarını cırıb əynindən çıxarıblar.
Mayın 27-də Binəqədi rayon məhkəməsi polislərin iddiasına baxıb. Dövlət ittihamçısı onun 2 aylıq həbsini istəmişdi, amma məhkəmə onun 1 ayını təmin etdi. Biz Orxanın ağır xəstə olması ilə bağlı həkim rəyini məhkəməyə təqdim etmişdik. Ola bilər hakim həmin rəyi nəzərə alıb. Bundan əvvəl Orxan saxlanılanda təcridxanada səhhəti dəfələrlə pisləşib. Həmin vaxt təcridxanaya 24 dəfə təcili yardım çağırılıb».
Əsabəli Mustafayev deyir ki, bu, Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində baş verən yeganə hadisə deyil. Onun sözlərinə görə, həmin məntəqədə bir neçə dəfə gənc fəallara qarşı qeyri-insani rəftar göstərilib.
«Yadınızdadırsa gənc fəal Turqut Qəmbər, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, İlkin Rüstəmzadənin başını qırxıb məcbur etmişdilər ki, həyəti süpürsünlər, ayaqyolunu təmizləsinlər. Sonra onların fotolarını çəkib sosial şəbəkələrdə paylaşmışdılar. Bunu mübahisəsiz təcridxana əməkdaşları etmişdilər, çünki orda başqa adamın belə bir addım atması mümkünsüzdür.
Bundan başqa ötən il dekabrın 30-da saxlanan gənclərə qarşı da zorakılıq olmuşdu. Belə görünür ki, fəallara qarşı həmin müəssisədə xüsusi bir yanaşma var».
Vəkilin sözlərinə görə, hazırda onlar Orxan Eyyubzadənin işindən apellyasiya şikayəti hazırlayırlar.
«Biz bütün şahid ifadələrini, indiyədək həmin təcridxanada fəallara qarşı olan məlumatların hamısını istintaqa təqdim edəcəyik».
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə vəkilin verdiyi məlumatları “dezinformasiya və polisin işgüzar nüfuzuna qəsdən kölgə salmaq” cəhdi adlandırıb:
(Daxili İşlər Nazirliyinin əməkdaşının AzadlıqRadiosuna göndərdiyi açıqlamanı ətraflı burada oxu.)
NİDA-çılara çıxarılan hökmə etiraz olaraq keçirilən aksiya zamanı saxlanaraq, 20 günlük həbs cəzası alan Orxan Eyyubzadə barəsində cinayət işi açılıb. Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur. Mayın 27-də cəzası başa çatdığından o, azadlığa buraxılmalı idi.
İki gün əvvəl gənc fəalın anası AzadlıqRadiosuna oğluna cinayət işi açılacağını bildirsə də, onun həbsdən azad olunacağına ümidli olduqlarından bu məlumatın yayılmamasını istəmişdi.
Orxan Eyyubzadə Ukraynada təhsil alır.
Vəkil Əsabəli Mustafayev «Yeni Müsavat» qəzetinə müsahibəsində həbsin siyasi sifariş olduğunu deyib: «İstintaq sənədlərinə baxanda insanı dəhşət bürüyür. Heç bir sübut yoxdur. 19 yaşlı gəncin həyatı üzərində oyun oynayırlar. İnsafı olan heç kəs belə qərar verməzdi. 3 gün ərzində apellyasiya şikayətimizi verəcəyik. Apellyasiya hökmü qüvvədə saxlasa, Avropa Məhkəməsinə qədər gedəcəyik».
NİDA-çıların aksiyası zamanı 5 nəfər sutkalıq həbs cəzası alıb, onlardan 3-ü artıq buraxılıb, 30 sutka alan Kəmalı Bənənyarlının isə gələn həftə azadlığa çıxacağı gözlənilir.

“Vəkilin belə canfəşanlıqla müdafiə etdiyi həmin gənc hələ ilk saxlama zamanı polisin qanuni tələblərirnə tabeçilik göstərməməsi ilə bərabər, saxlandığı kamerada dövlət əmlakına da müəyyən zərər yetirməsi, özü bir tərəfə, başqalarını da bu işlərə təhrik etmək istəyi ilə də seçilib.
Ona görə məntəqə rəhbərliyi tərəfindən hər iki saxlama müddətində mövcud qaydalar çərçivəsində ona qarşı müəyyən tənbeh tədbirləri tətbiq olunub, intizama dəvət edilməsi, əməkdaşlara qarşı nəzakətli rəftarı üçün müəssisə rəhbərliyi tərəfindən Eyyubzadə ilə çoxsaylı profilaktiki söhbətlər də aparılıb...
Eyyubzadə təxminən bir həftə öncə heç bir ciddi səbəb olmadan yenidən məntəqənin əməkdaşlarına qarşı kobud davranıb, onlara zor tətbiq etməklə müqavimət göstərib, əlbəyaxa olub. Məsələ sənədləşdirilərək rayon prokurorluğuna göndərilib. Prokurorluq Eyyubzadənin aqressiyadan qaynaqlanan hərəkətlərində cinayət əməlinin tərkibi olduğu qənaətinə gəlib və faktla bağlı cinayət işinin başlanılması barədə qərar qəbul edib, Orxan Eyyubzadə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.”