00:10
3.6.2014
LUQANSKDA BAŞ VERƏNLƏRİN YT VİDEOLARI İLƏ İZAHI
Bu material sayta hazırlananda səhərə yaxın Luqansk şəhərinin cənub kənarında başlayan döyüş hələ də davam edirdi. Mühasirədə qalan Ukrayna sərhəd qoşunlarının əsgərləri Rusiyameylli yaraqlılara güclü müqavimət göstərirlər. Onların döyüş ruhunu bu video əks etdirir. Sərhədçilər yaraqlıların hücumlarını Ukrayna himninin sədaları altında dəf edirlər.
Luqanskın Mirnoe məhələsi yaxınlığında yerləşən Ukrayna sərhəd qarnizonundan təqribən 200 metr aralıda çoxmərtəbəli yaşayış binaları yerləşib. Separatçıların böyük bir qrupu bu binaların arxasında gizləniblər. Bu videoda onlardan birinin başından güllə yarası aldığı görünür.
Rusiya TV-sı iddia edir ki, Ukrayna sərhəd qoşunları dinc sakinləri artilleriya atəşinə tutur, Rusiyameyyli yaraqlılar isə onlardan müdafiə olunur.
Rusiya mediasını başa düşmək olar. Sovet illərinə qayıtmaq siyasətini seçən bir ölkənin jurnaslitikası da SSRİ-nin təbliğat maşınını yamsılamasaydı təəccüblü olardı. Lakin Ukrayna da informasiya təqdimatı sarıdan ideal deyiı. Ukrayna tərəfi separatçıların qərargah kimi istifadə etdikləri Luqansk vilayət sovetinin binasındakı partlayışı yaraqlıların silahla ehtiyyatsız davranışı ilə izah etməyə cəhd göstərdi. Əks tərəf binanın qırıcı təyyardən raketlə vurulduğunu deyirdi. Bu videonun həqiqiliyinə etibar etsək, bu dəfə Ukrayna tərəfi haqlı deyil. Luqansk üzərindəki təyyarədən açılan atəş göürünür.
Luqansk mərkəzindəki nəzarət kamerasının bu görüntüləri iyunun 2-də şəhər mərkəzindəki partlayışdan bir səhnəni qeydə alıb. Videdonun yavaş hərəkətində partlayışı doğuran raket və ya mərminin binadan əks istiqamətdən gəlidyi görünür
21:30
2.6.2014
GÜC STRUKTURLARI LUQANSKDA ƏMƏLİYYATA BAŞLAYIR
Ukraynanın güc strukturları Luqansk viıayətindəki yaraqlı dəstələrin fəaliyyətini dayandırmaq üçün genişmiqyaslı əməliyyata başlayırlar. Əməliiyatın məqsədi Luqansk şəhərinin inzibati binalarında və sərhəd qoşunlarının qarnizonu ərazisində fəaliyyət göstərən silahlı birləşmələrin neytrallaşdırılmasıdır. Bu haqda Ukrayna hökumətinə yaxın olan "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitiry Tymchuk özünün Facebook saytında yazır. Onun bildirdiyinə görə həyata keçirilən xüsusi əməliyyata aviasiya və hərbi texnika cəlb olunur.
Birinci dəfə deyil ki, Ukrayna rəhbərliyi belə qəti tədbirlər haqda əvvəlcədən xəbər verir. Lakin hökumət qoşunlarının apardığı xüsusi əməliyyatlar Rusiyameylli silahlı qruplaşmaların fəallığını azalda bilmir.
Bu dəfə necə olacaq? Bizim Canlı bloqu izlə.
20:26
2.6.2014
LUQANSK MƏRKƏZİNDƏ PARTLAYIŞIN NADİR GÖRÜNTÜLƏRİ
Müharibənin dağıdıcı reallıqları getdikcə Ukraynanın şərqində özünü daha qabarıq göstərir.
18:37
2.6.2014
LUQANSK ŞEPARATÇILARININ QƏRARGAHINDA PARTLAYIŞ
Luqanskın mərkəzində, separatçıların elan etdiyi "Luqansk xalq respublikası"nın qərargahı kimi istifadə olunan vilayətin inzibati binasında güclü partlayış olub. Partlayışla bağlı ziddiyətli xəbərlər gəlir. Separatçılar binanın Ukrayna aviasiyası ilə vurulduğunu deyir, Ukraynameyli mənbələr isə iddia edirlər ki, partlayış separatçıların silahla ehtiyyatsız davranışından yaranıb.