12:51
4.6.2014
#Ukrayna Silah-sursat tükəndiyi üçün Ukrayna qüvvələri bir postu tərk edib http://t.co/NuNmJJ3nVU
— AzadliqRadiosu (@RadioAzadliq) 4.6.2014
01:35
4.6.2014
İGOR GİRKİN (STRELOK): "ODESTİNLƏRƏ YARDIM ƏLİNİ UZADAN RUSİYA BİZƏ NİYƏ KÖMƏK ETMİR? "
İyunun 3-nə yekun vurmaq üçün növbəti dəfə tərəflərin yaydığı məlumat və bəyənatlar, sosial mediadakı görüntülər əsasında - dolayısı ilə nəticə çıxarmaq lazım gəlir. Beləliklə, Ukrayna tərərfi Donetsk vilayətinin şimal hissəsində, Xarkov istiqamətindən güclü hücuma başlayıb. Slavyanskın yaxınlığındakı Semenovka qəsəbəsində separatçıların mövqeləri havadan bombalanıb. Karsnıy Liman yaxınlığında və Kramatorskda yaraqlılarla döyüşlər olub. Ukrayna tərəfinin məlumatları qismən separatçıların lideri İgor Girkinin (Strelkov) sosail medidada yaydığı bəyanatı - daha doğrusu Rusiya rəhbərliyinə müraciətində də təsdiqini tapır. O, Rusiyameylli qrupların itkilər verdiyini və köməyə ehtiyac olduğunu yazır. Sual edir ki, niyə Rusiya "bir neçə on min osetini müdafiə etmək üçün bütüm risklərə gedərək onlara köməyə tələsdi, lakin milyonlarla rusun köməyə ehtiyacı olduğu halda aylardı başını qaşıyır?"
Luqanskda nisbi sakitlikdir. İyunun 2-də şiddətli dörüş məkanına çevrilən Ukrayna sərhəd zastavası ətrafında gün ərzində sakitlik olsa da iyunun 4-nə keçən gecə şəhərdə daha bir hərbi hissəyə hücum haqda xəbər gəlib. Yuxarıdakı videonun həmin döyüşdən oldudğu bildilir.
21:35
3.6.2014
UKRAYNA QOŞUNLARINA PUSQUDAN HÜCUM
Ukrayna müdafiə nazirlyinin operaotru Donetsk vilayətinin Krasnıy Liman şəhəri yaxınlığında (Slavyanskdan təqribən 25 kilometr aralıda) şiddəli döyüş səhnəsini lentə alıb. Ukrayna təhlükəsizlik qüvvəlrəinin zirehli texnikasından ibarət karvan meşədəki pusqudan hücuma məruz qalıb. Karvandakı BTR-lərdən birindən çəkiliş aparan operator bir neçə saniyədən sonra zirehli maşına doğru atılan güllərədən daldalanmalı olur.
İyunun 3-də Slavyansk ətrafında gedən doyüşlərdə hökumət qoşunlarından 2 nəfərin həlak olduğu bildirilir.
19:07
3.6.2014
MÜHASİRƏDƏKİ UKRAYNA SƏRHƏDÇİLƏRİNƏ ULTİMATUM
İyunun 2-də Luqansk kənarında yerləşən Ukrayna sərhədçilərinin binası indi belə görünür. Fotonu twitterə yükləyən şəxs yazır ki, içəridə 100 yaxın sərhədçi var. Luqansk separatçıları onlara saat 18-dək təslim olmaq ultimatumu veriblər. Dünən Luqanskda baş verən şiddətli döyüş haqda oxumaq üçün, bizim bloqun əvvəlki xəbərlərinə bax.