01:00
5.6.2014
ATƏT GİROVLARINDAN XƏBƏR VAR
Ukrayna təhlükəsizlik xidməti Rusiya kazakları arasında telefon danışığının səs yazısını açıqlayıb. Videoda (11:17-dən sonra) Kazakların N.Kozitsin adlı atamani ilə söhbətində Ukraynada hökumət qüvvələri ilə döyüşən dəstə komandırı deyir ki, ATƏT maşınını saxlayıb və ondan əmr gözləyir. Kozitsin cavab verir ki, maşındakı ATƏT nümayəndələrinin sənədlərini əllərindən almaq, ayrıca bir otağa aparıb, nəzarət altında saxlamaq lazımdır, maşınlarını isə elə bir yerdə gizlətmək ki, havadan görünməsin. Kozitskin deyir ki, əmr "çox-çox yuxarılardan gəlib"
Ukraynada münqaişə başlayandan artıq 3 ATƏT müşahidə qrupu girov götürülüb. Onlardan 1 qrupunu aprel ayında Slavyanskda azad ediblər. May ayının sonunda isə bir-birinin ardınca 2 qrup üzvləri yoxa çıxıb.
23:48
4.6.2014
MEDIANIN GÜCÜ
Ukraynanın şərqindəki silahlı münaqişənin birbaşa iştirakçısından çox virtual, sosail şəbəkə termini ilə desək, "divan generalları" var. İyunun 4-də "divan generalları"nın əsas mübarizəsi bu foto uğrunda gedib. Fotonun təqdimatında yazılıb "Qızcığaz, əmini bax o sərhədçi postuna qədər ötür..." Onu paylaşan Ukraynapərəst twitter istifadəçisi separatçıların dinc əhalinin arxasında gizlənərək döyüşdüyü haqda ittihamlara eyhamdır. Rusiyameylli sosial media iştifadəçiləri isə qəzəblidirlər, yazırlar ki, xalqın müdafiəsinə qalxan bu qəhrəmanlar uşaqları Ukrayna ordusunun bombardımanından xilas edirlər. Biz isə bu fotonu 2 səbəbdən təqdim edirik: 1. medianın gücününün istənilən silah növündən təsirli olmasını göstərmək üçün. 2. bu müharibədə hər tərəfin öz həqiqəti var - əsl həqiqət isə çox vaxt bu 2-nin arasında gizlənir. Məsələn fotodakı silahlılar, çox güman ki, uşaqlardan canlı sipər kimi istifadə etmirlər. Eyni zamanda, Rusiyameylli yaraqlıların öz hərbi vəzifələrini yerinə yetirərkən xüsusi olaraq uşaqlar haqda düşündükləri də hiss olunmur. Sən necə fikirləşirsən, bu münaqişədə hansı tərəfi uşaqlara daha çox təhlükə sayırsan? Blqoun sonundakı forumda fikrini yaz
22:53
4.6.2014
İnfosavaş davam edir. Rusiya #Ukrayna-da xalqa qarşı güc işlədilməsini araşdırmağa çağırır http://t.co/sIdRQS3dzD
— AzadliqRadiosu (@RadioAzadliq) 4.6.2014
21:39
4.6.2014
BÜGÜNKÜ UKRAYNA LİDERİ CƏBHƏDƏ, SABAHKI İSƏ PUTİNİN YANINDA
Ukrayna parlamentinin sədri Aleksander Turchynov iyunun 3-də ölkənin şərqində Fövqəladə vəziyyət elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu gün o cəbhə bölgəsindədir. Formal olaraq hələ silahlı qüvvələrin ali baş komandanıdır. Bir neçə gündən sonra isə fevraldan bəri müvəqqəti icra etdiyi vəzifəsini yeni seçilmiş prezident Petro Poroshenkoya təhvil verir. Poroshenko bu günlərdə Fransada qeyd olunan D-gününün (SSRİ müttəfiqlərinin Normandiyaya desant çıxarması) 70 illiyi mərasimində iştirak edir. Hami Poroshenko-nun Rusiya prezidenti Putinin də iştirak edəcəyi bu mərasimdə onunla görüşəcəiyini gözləyirdi. Lakin məlumat yayıldı ki, belə bir görüş olmayacaq. Ümumiyyətlə Putinin bu mərasimdəki iştirakı çoxlu ziddiyyətlər yaradır. 70 il əvvəl faşizmə qarşı birgə vuruşan dövlətlər indi bir-birini elə "faşistsayağı" hərəkətlərdə ittiham edilər. Rusiya hesab edir ki, Kiyevdə hakimiyyətə gələn siyasi qüvvələr vaxtilə almanların tərəfində sovetlərə qarşı döyüşən "benderovçuların ardıcıllarıdır". Qərb dövlətlərində isə Krımı ilhaq edən, Ukrayna sərhədlərinə qoşun toplayan Rusiya ilə vaxtı ilə Avropada hegemonluq iddiasına düşən faşıst Almaniyası arasında bənzərlik görürlər. Bu tədbirin ən böyük suallarından biri də təntənəli mərasimdə Putinin mövqeyidir. Qərb liderlərindən heç kim onun yaynında duraraq qəzetlərin birinci səhifəsinə düşmək istəmir. Putinin Rusiyada və dünyadakı reytinqləri tamailə tərs mütənasibdir, Rusiyada populyarlığı artıqca Avropa ölkələrində gözdən düşür.