Iran Azərbaycanının böyük oğlu, inqilabçı, şah rejiminin səlahiyyətlərini məhdudlaşdıran Konstitusiya (məşrutə) uğrunda mübariz Səttar xanın öldürülməsindən 100 il keçir.
Türkiyədə onun xatirəsinə “İran Məşrutiyet Devrimi: Güçlər və Amaçlar” kitabı nəşr edilib.
Bijən Cəzənin yazdığı kitabda 1906-1911 illərin hadisələri incələnir.
Kitabı İran Azərbaycanından olan yazarlar Türkan Urmulu və Ramin Cabbarlı farscadan Türkiyə türkcəsinə tərcümə ediblər.
“Kaynak yayınları”nın nəşr etdiyi 328 səhifəlik kitab üç bölümdən ibarətdir.
Birinci bölümdə məşrutiyyət devrimindən öncəki siyasi-ictimai durum və xaricilərin ölkədəki imtiyazları incələnib.
İkinci bölümdə inqilabçılar və əksinqilabçıların hansı zümrə və qruplardan olduğu, bu qrupların amaclarının nələr olduğu araşdırılıb.
Üçüncü bölümdə isə inqilabçılar və əksinqilabçıların hansı mübarizə metodlarından istifadə etdiklərindən danışılır.