13:59
20.6.2014
#MM Dövlət sirri məsələsinin həvalə edildiyi şəxslərin siyahısına dəyişikliklər təklif olunur http://t.co/khq6VmQwQG
— AzadliqRadiosu (@RadioAzadliq) 20.6.2014
14:22
20.6.2014
#MM Ziyad Semedzade: “Əmlak vergisinin yığım səviyyəsinə görə Azərbaycan dünyada ən axırıncı yerləri tutur”.
— @Chingizoqlu (@ChingizoqluM) 20.6.2014
14:48
20.6.2014
Milli Məclis dövlət sirri ilə bağlı qanunlarda dəyişikliyə səs verdi
İyunun 20-də parlament kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlara dəyişikliklər edib.
«Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» qanunun 7-ci maddəsində dəyişikliyə əsasən, dövlət sirri təşkil edən məlumat, sənəd və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər «Dövlət sirri haqqında» qanuna uyğun yoxlanacaq.
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun 6-cı maddəsində də eyni dəyişiklik edilib.
«Dövlət sirri» haqqında qanunda yeniliyə görə, vəzifəli şəxsin və vətəndaşın tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılmasını prokurorluq və dövlət hakimiyyəti orqanları yoxlayacaq.
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.

15:25
20.6.2014
#MM «Kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə puluna qədər çıxır» http://t.co/KPEgR3dgrt