Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Rauf Mirqədirovun ailəsi Avropada yerləşib


Rauf Mirqədirovun məhkəməsi
Rauf Mirqədirovun məhkəməsi
-
«Turan» informasiya agentliyi yazır ki, «Sərhədsiz reportyorlar», «Human Rights Watch» və «Turkish Human Rights» təşkilatlarının birgə səyləri ilə həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və iki uşağı Avropa ölkələrinin birində müvəqqəti sığınacaq alıb.

R.Mirqədirov Bakıya deportasiya edilməzdən öncə (18 aprel) Türkiyə hakimiyyəti onu jurnalist akkreditəsindən, həyat yoldaşını iş hüququndan məhrum edib. Bundan sonra xanımının vizasını uzatmaqdan imtina ediblər. İyunun 16-sı sonuncu gün olub və ailə həmin gün Türkiyədən çıxa bilib. Lakin gediş elə də asan olmayıb. Ailə İstanbul aeroportunda pasport nəzarətində saxlanılıb və təyyarəyə gecikib.

Lakin «Sərhədsiz reportyorlar»ın operativ səyləri nəticəsində yeni biletlər alınıb və ailə gecə reysi ilə rahat uçub.

BÖYÜK GÜCLƏRİN AZƏRBAYCAN SAVAŞI BAŞLAYIB

«Azadlıq» qəzeti politoloq Hikmət Hacızadə ilə müsahibə dərc edib.

Hikmət Hacızadə qəzetin «Azərbaycanın Qərblə Rusiya arasında qeyri-müəyyən mövqeyi nə qədər davam edə bilər» sualına belə cavab verib:

«Bu, Rusiya və Qərb arasında gedən mübarizənin durumundan asılıdır. Zaman göstərəcək ki, bu güclərdən hansı güclü olacaq.
Hikmət Hacızadə
Hikmət Hacızadə
Rəsmi Bakının mövqeyinin necə olacağı hansı güc mərkəzinin Azərbaycanı öz tərəfinə çəkməsindən asılıdır. Amma hələlik nə Qərbin, nə də Rusiyanın üstünlüyü görünmür. Qərbin layihələri Rusiya sanksiyalarla diz çökdürüləcəyi zaman keçməyə başlayacaq. Hələlik Azərbaycan uğrunda mübarizədə bərabərlik hökm sürür».

AZƏRBAYCANDA MEYİT ORQANLARINDAN İSTİFADƏ KONSEPSİYASI HAZIRLANIR

«Azərbaycanda ən böyük problemlərdən biri donor çatışmazlığıdır. Cəmiyyətdə donor olmağa qarşı fobiya var».

Bunu modern.az saytına Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi söyləyib:

«Hər bir şəxs canlı donor kimi böyrəyinin birini, qaraciyərinin bir hissəsini verib şikəst və əlil olmuş olsaydı, Azərbaycanı kənara qoyaq, bütün dünya bu əməliyyatları etməzdi».
Foto: Arxiv
Foto: Arxiv

Mircəlal Kazıminin dediyinə görə, orqan köçürülməsində digər mühüm problem meyit orqanlarından istifadənin qeyri-mümkünlüyüdür.

«Təəssüf ki, alternativ donor hovuzumuz yoxdur. Yəni hələ də digər ölkələrdə olduğu kimi, meyit orqanından istifadə edə bilmirik. Əgər meyit orqanından istifadə etmiş olsaq, bu problem nisbətən aradan qalxmış olar. Donor əməliyyatının özünün öz riskləri var, təbii ki, meyit orqanı olsa, bu minimal risklərdən də insanlar qurtarar. Amma hazırda Səhiyyə Nazirliyi tərəfindən bunun da konsepsiyası hazırlanır».

«İRS» JURNALINDA BİRİNCİ XANIMIN MƏQALƏSİ

«İRS» jurnalının Çin dilində nəşr olunan növbəti sayında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi dərc olunub.

Bu haqda «Yeni Azərbaycan» qəzeti yazır:
Mehriban Əliyeva
Mehriban Əliyeva

«Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır... Müəllif yazır ki, Qarabağ muğam məktəbini təmsil edən ifaçıların böyük əksəriyyəti Şərqin musiqi konservatoriyası hesab olunan Şuşa şəhərində dünyaya gəliblər».

TƏLƏBƏ QIZ SOMALİDƏ BAŞ VERƏNLƏRƏ ETİRAZ OLARAQ İNTİHARA CƏHD EDİB

Bakıda 20 yaşlı qız intihara cəhd edib.

Nərimanov rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, Bakı Dövlət Sosial İqtisad Kollecinin tələbəsi, 1994-cü il təvəllüdlü Günel Həsənova yaşadığı binanın 11-ci mərtəbəsinə çıxaraq özünü atmaq istəyib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları G.Həsənovanı fikrindən daşındıra biliblər.

Polisdən G.Həsənovanın Somalidə insanlara qarşı olan rəftara, onların aclıqdan əziyyət çəkmələrinə etiraz olaraq intihar etmək istədiyi bildirilib.
XS
SM
MD
LG