-
Ukraynanın şərqində vəziyyətin gərginləşməsi son həftələrdə 16 mindən çox adamın evlərini tərk etməsinə səbəb olub.
Bu haqda BMT-nin Qaçqınlar üzrə Komitəsinin yaydığı məlumatda deyilir.
Ümumilikdə isə qaçqınların ümumi sayı 54 minə çatıb.
Bu ilin əvvəlindən isə 110 min Ukrayna vətəndaşı Rusiyaya qaçıb.
BMT-nin məlumatına görə, 700 Ukrayna vətəndaşı Rumıniya, Belarus, Çexiya və Polşaya gedib.