Raket hücumunda azı 19 hərbçi həlak olub
Ukraynanın Müdafiə Nazirliyi bildirir ki, rusiyapərəst yaraqlıların raket hücumunda 30 yox, 19 hərbçi həlak olub.
Bundan əvvəl daxili işlər nazirinin köməkçisi demişdi ki, «Qrad»dan atılan raket atəşində 30 əsgər həlak olub.
Müdafiə Nazirliyinin rəsmisi onu da bildirib ki, iyulun 10-dan bəri 23 hərbçi həlak olub, 100 hərbçi yaralanıb.
Ukrayna prezidenti Poroshenko təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasdan sonra deyib ki, hökumət bugünkü raket hücumuna məsuliyyət daşıyanları tapacaq və məhv edəcək.
SEPARATÇILAR PARTLAYICI MADDƏYƏ QƏNAƏT ETMİRLƏR
Ukraynada ağır döyüşlər davam edir. Donetsk və Luqanskda cəmləşən separatçılar Ukrayna ordusuna əks-həmlələr vurmaöa calışırlar. Belə zərbələrdən birində 30 Ukrayna əsgərinin həlak olduğu bildirilir. Separatçılar Ukrayna təhlükəsizlik qüvvələrinin ağır texnikasının hərəkətini məhdudlaşdırmaq üçün onların ehtimal olunan hərəkəti istiqamətində körpüləri və yolları partladırlar. Belə partlayışlardan birinin videosu sosial şəbəkədə yayılıb.
#Ukrayna Amnesty İnternational: Son 3 ayda Ukraynanın şərqində yüzlərlə adam oğurlanıb http://t.co/LGlKruz76T
— AzadliqRadiosu (@RadioAzadliq) 11.7.2014
YARAQLILAR DONETSK ƏTRAFINDA BLOKPOSTLAR QURUR
Yaraqlılar Donetskdə mövqelərini gücləndirir, blokpostlar qurur. Separatçıların «Şərq» qruplaşmasının piyadaları və texnikası Karlovkaya tərəf yönəlib. (Reuters)