RUS KAZAKLARININ ATAMANI HƏBS OLUNDU
Donbass separatçılarının sırasında müxtəlif qruplaşmalar döyüşür. Sabiq FSB zabitləri, Sovetlərin Əfqanıstan kampaniyasının veteranları, Şimali Qafqaz millətlərindən olan "döyüşçülər", dindarlar və s. Bu qüvvələr arasında ən fəalı Rusiyada ictimai təşkilatlar kimi fəaliyyət göstərən kazaklardır. Kuban, Don və hətta Sibir kazak dəstələri haqda məlumatlar yayılır. Ukrayna təhlükəsizlik xidməti xəbər verir ki, belə dəstələrdən birinin lideri Rusiyadan Ukraynaya gedərkən həbs olunub.
MİNAYA DÜŞƏN AİLƏ
Kramatorsk yaxınlığında separatçıların Ukrayna ordusuna qarşı quraşdırdığı yol minasında adi ailənin maşını partlayıb. Xəbər verilir ki, partlayışdan ailənin ancaq kiçik qızı sağ çıxıb. Ağır yaralarla onu xəstəxanaya yerləşdiriblər.
Ukrayna artilleriyası belə işləyir
Əsas toqquşmalar mərkəzi olan Slavyanskdakı separatçılar Ukrayna ordusu tərəfindən mühasirədə saxlanılır. Rusiya mediası burada daim dinc əhalinin "Kiyev xuntası" tərəfindən məhv edilməsi haqda xəbərlər yayır. Ukrayna tərəfi isə iddia edir ki, yaraqlılar dinc sakinlərdən canlı qalxan kimi istifadə etməyə çalışırlar. Ukrayna topçuları izah edirlər ki, Slavyasnk ətrafında olan postlara hücum olanda, oradan artilleriya dəstəyi haqda xahiş gəlir, topçular da Ukrayna əsgərlərinə hücum edən atəş nöqtələrini vururlar.
DONETSKDƏ 3 "QAİ" ƏMƏKDAŞI ÖLDÜRÜLÜB
Rusiyameylli yaraqlıların nəzarətində olan Donetsk şəhərində yol polis əməkdaşları qətlə yetirlib. Maskalı adamlar polis patrulunu avtomat silahlardan atəşə tutaraq aradan çıxıblar. Ətraflı burada