YARAQLILAR DONETSKƏ TOPLAŞIR
Bu fotoda Donetsk milli texniki universitetinin hərbi kafedrasıdır. Yaraqlıların burada təlim mərkəzi açdığı bildirlir.
Rusiyameylli yaraqlılar bir sıra şəhərləri tərk edərək 1 milyonluq əhalisi olan Donetsk şəhərində cəmləşiblər. Onlar elan edirlər ki, müharibə hələ yeni başlayır və Ukrayna ordusu ünvanına yeni hədələr səsləndirirlər. Donetskdə yaşayan Ukrayna jurnalsiti şəhərdəki vəziyyəti təsvir edərək bildirir ki, dinc sakinlər yaraqlıların toplaşdığı şəhər mərkəzində uzaq qalmağa, evdə oturmağa üstünlük verirlər. Onların arasında qorxu hökm sürür. Müsahibəni tam olaraq burada oxu
Ukrayna ordusu azad etdiyi Slavyanskda humanitar yardım paylayır
«Luqansk və Donetskin azad olunması uzun çəkə bilər»
Şahidlər deyir ki, Donetskdə yaraqlılar dəstə ilə gəzir, dinc sakinləri saxlayır, birbaşa küçədə sorğu-sual edir. Separatçı qruplaşmaların üzvləri kütləvi şəkildə Donetsk milli universitetinin yataqxanalarında yerləşir. Ətraflı burada oxu