-
İyulun 2-dən bəri Milli Demokratiya İnstitutunun Bakı bürosu fəaliyyət göstərmir.
Bu haqda «Turan»a Vaşinqtondakı mənbələr məlumat verib.
AzadlıqRadiosu xəbəri dəqiqləşdirmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə üz tutub. Səfirlikdən Milli Demokratiya İnstitutunun (MDİ-nin) Bakı bürosuna müraciət etməyi məsləhət görüblər. Büro, hələlik, AzadlıqRadiosunun sorğusunu cavablandırmayıb.
Azərbaycandakı qeydiyyatı ötən ilin iyulunda başa çatsa da, MDİ fəaliyyətini davam etdirirdi.
Ötən ilin əvvəlindən MDİ-nin adı «inqilab hazırlamaq» qalmaqalında hallanırdı. Buna əsas kimi qurumun rəhbəri Alex Grigorievs-in bu məqsədlə 2 milyon dollar xərcləməsi iddiası səslənirdi. Nümayəndəlik, ABŞ səfirliyi bunu yalanlasa da, baş prokuror Zakir Qaralov o vaxt ABŞ səfirinə məktubunda MDİ-nin bir sıra qanunları pozduğunu bildirmişdi. 2005-ci ildə də MDİ-nin adı oxşar qalmaqalda hallanıb.
Milli Demokratiya İnstitutu Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərirdi.