-
Sabirabadda bir nəfərin saqqalını zorla qırxan rayon sakini Rəmzi Zeynalov həbs olunub.
Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov məlumat verib.
Onun dediyinə görə, iyulun 7-də Sabirabad rayon məhkəməsi Rəmzi Zeynalovu xuliqanlıqda təqsirli bilib. Hazırda istintaq davam edir və hadisə araşdırılır.
İyulun 4-də Rəmzi Zeynalovun Sabirabad bazarında Kürdəmirdən olan, sələfi təriqətinə mənsub Cavanşir Zərbəliyevin saqqalını zorla qırxmasını əks etdirən video yayılıb. Video etirazla qarşılanıb.