-
Həbsdə olan jurnalist Rauf Mirqədirov ilk dəfə olaraq iyulun 11-də istintaqa ifadə verib.
Bu barədə onun vəkili Elmar Süleymanov contact.az-a məlumat verib.
Vəkilin dediyinə görə, Rauf Mirqədirov vəkillərinin iştirakı ilə 7 saat ifadə verib. Jurnalist ona qarşı irəli sürülən ittihamları bütünlüklə rədd edib:
«İstintaq sirri təşkil etdiyinə görə Rauf Mirqədirovun ifadələrinin məzmununu açıqlaya bilməcəyəyik».
2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.
Vətənə xəyanətdə ittiham olunan jurnalist hazırda MTN istintaq təcridxanasında saxlanılır.