Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:30

Həbsdə olan jurnalist Pərviz Həşimli gözlərinin zəifləməsindən şikayət edir


Həbsdə olan jurnalist Pərviz Həşimli ailəsi ilə.
Həbsdə olan jurnalist Pərviz Həşimli ailəsi ilə.

Pərviz Həşimlinin gözlərində zəifləmə var

“Yeni Müsavat” qəzeti yazır ki, ailə üzvləri həbsdə olan jurnalist Pərviz Həşimli ilə görüşüblər.

P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova bildirib ki, görüş şüşə arxasında baş tutub:

“Bu, artıq neçənci dəfədir ki, belə olur. Buna da həmişəki kimi qızım Zeynəb də, biz də çox üzülürük. Bununla bağlı dəfələrlə Kürdəxananın rəisinə ərizə ilə müraciət etsək dı, müraciətimiz cavabsız qalıb. Hələ də bizə açıq görüş verilmir”.

Jurnalist gözlərindəki zəifləmə barədə ailə üzvlərinə məlumat verib.

Bakını bahalı şəhər edən nədir?

“Azadlıq” qəzeti «Mercer» Beynəlxalq Konsaltinq Şirkətinin dünyada əcnəbilər üçün ən bahalı şəhərlərin illik reytinq siyahısında Bakının 46 yerdə qərarlaşmasına diqqət çəkir.

Qəzet yazır ki, Bakının bahalığa görə Yerevan (187) və Tbilisini (194), həmçinin bəzi Avropa şəhərlərini (Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci) geridə qoyması ölkədə rəqabətin olmaması, rüşvət və gizli iqtisadiyyatdır.

İqtisadçı-ekspert Samir Əliyev qəzetə bildirib ki, yerli sahibkarlara şəraitin yaradılmaması rəqabətsiz mühitə gətirib çıxarıb. Bu da nəticədə qiymətlərin baha olmasına səbəb olur.

“Ekspert bahalığın ikinci səbəbi kimi korrupsiya və rüşvəti göstərdi. Sahibkarlar süründürməçiliklə üzləşir, əlavə xərc ödəməli olur. Bu xərc isə nəticədə məhsulun maya dəyərinə ciddi təsir edir. S.Əliyevin sözlərinə görə, bahalığın başqa bir səbəbi gizli iqtisadiyyatın mövcudluğudur. Bu da təxminən 60% təşkil edir”.

Mehriban Əliyeva Kannda moda nümayişini izləyib

AzərTAC yzır ki, iyulun 12-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Ənənədən gələcəyə Azərbaycan cazibəsi” adlı moda nümayişi keçirlib.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli modelyer Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi Azərbaycan musiqisinin müşayiəti ilə nümayiş etdirilib.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva moda nümayişini izləyi:

“Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır”.

Müxalifətçini cərimələyiblər, taksi sürücüsünü həbs edilblər

"Turan" informasiya agentliyi yazır ki, Goranboy rayon məhkəməsi Müsavat Partiyası yerli rayon təşkilatının sədri Yusif Namazoğlunu 200 manat cərimələnib:

“Y.Namazoğlunun saxlanılarkən öz yüklərini qoyduğu taksinin sürücüsü Samir Mustafayev üçgünlüyə həbs edilib. Y.Namazoğlunun sözlərinə görə, əvvəlcə S.Mustafayevin müxalifətçinin oğlu olduğunu düşünüblər və bu səbəbdən həbs ediblər. Ancaq sonradan bunun belə olmadığını biləndə yenə də buraxmayıblar”.

Yusif Namazoğlu Turan-a bildirib ki, həyat yoldaşı ilə birgə taksidə getdiyi zaman taksini yol polisi Rövşən Əkbərov saxlayıb. Polis taksi sürücüsünün sənədlərinin düzgün olmadığını bildirib, onları özləri ilə şöbəyə aparıb.

“Verdiyimiz vədlər həmişə gördüyümüz işlırlə üst-üstə düşür”

“Azərbaycan” qəzeti İtaliyanın “IL GIORNALE” qəzetində prezident İlham Əliyevin sitatı ilə başlayan məqalə haqda yazır:

“Məqalədə qeyd edilir ki, ötən ayın son həftəsində Azərbaycan iki böyük tədbirə cəlb olunub – Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası və Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Bu tədbirlər Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında iştirakının vacibliyini bir daha təsdiq edir”.

XS
SM
MD
LG