DONETSKDƏ DÖYÜŞƏN ERMƏNİSTANLI YARAQLININ ETİRAFLARI
Ukraynada Rusiyameylli yaraqlılara kömək üçün Donetskə gedən Ermənistan vətəndaşı Artur Gasparian may-iyun aylarında Donetsk separatçılarının "Vostok" batalyonunda döyüşüb. Rusiyameylli dəstələrin Ukrayna ordusuna qarşı apardığı ən qanlı döyüşlərdə iştirak edib. Sonradan hərəkətindən peşman olub separatçılardan qaçmağa üz tutub. AzadliqRadiosunun müxbiri ilə söhbətində Gasparian Donbass separatçları arasındakı münasibətlərdən, Rusiya ərazisindəki hazırlıq bazalarından, yaraqlıların Ukrayna sərhəddindən necə keçməsindən danışır. Ən maraqlı eizodlardan birində separatçıların bir-birini necə öldürməsi haqdadır. Onunla müsahibəni oxumağa dəyər.
UKRAYNA TƏYYARƏÇİLƏRİ SEPARATÇILARIN ƏLİNDƏ
İyulun 14-də Luqansk vilayətinin ərazsində vurulan AN-26 təyyarəsi haqda ziidəyli məlumatlar gəlir. İlkin olaraq xəbər verilirdi ki, təyyarədə 20 nəfər olub. Sonradan Ukrayna rəsmiləri orada ancaq 7 nəfər heyət üzvü olduğunu bildirirlər və deyirlər ki, təhlükəsizlik qüvvələri onların axtarışı üzrə əməliyyat aparırlar. Sosial mediada təyyarəçilərin paraşütlə hoppandıqları haqda xəbərlər yayılıb. Həmin əraziyə separatçılar nzaərt edirlər. Ukrayna hərbi komandanlığı təyyarənin Rusiya ərazisindən vurulduğunu təxmin edir. Xatırldırıq ki, Donetskin şərqində mart ayından başlayan hərbi münaqişədə Ukrayna ordusunun vurulduğu 4-cü təyyarədir (1 halda zədə alan təyyarə aeroporta dönə bilib)
Donbassda iyulun 14-ə olan vəziyyət
Ukrayna Təhlükəsizlik şurasının yaydığı xəritəyə əsasən toqquşmalar Donetsk şəhəri ətrafında, Luqansk aeroportu və Ukrayan-Rusiya sərhəd mənətələri yaxınlığında baş verir.