DONETSKDƏ KOMENDANT SAATI
Özünü Donetsk republikasının müdafiə naziri elan etmiş İgor Strelkov (Girkin) Donetskdə hərbi vəziyyət və komendant saatı tətbiq olunduğunu elan edib.
Təqdim etdiyimiz YT videosunda Girkin etiraf edir ki, Ukrayna ordusuna qarşı tab gətirmək üçün kifayət qədər hərbi qüvvələri yoxdur. O, belə bir variant səsləndirir ki, hərbi səfərbərlik elan edilə bilər və bilir ki, bu zaman çağırışçıların 3/4 qaçıb gedəcək. Lakin əmin edir ki, yerdə qalan canlı qüvvə ilə müdafiə oluna bilərlər.
Iyulun 16-da baş verən döyüşlər
Ukrayna-Rusiya sərhəddinin Donetsk vilayətinin ərazisindəki zolağında təhlükəzislik qüvvələri ilə Rusiyameylli yaraqlılar arasında döyüş baş verib. AzadliqRadiosu Rusiya xidmətinin məlumatına əsasən, 10 tank və 5 zirehli maşından istifadə edəb 200 nəfərlik bir qruplaşma Ukrayna ordusunun nəzarətində olan “Marinovka” keçid məntəqəsinə hücum edib. Döyüşdə 2 Ukrayna əsgərinin həlak olduğu bildirilir.
Ukraynanın Donbass regionunda silahlı toqquşmalar başlayandan bəri Ukrayna silahlı qüvvələri 250-dən artıq hərbçisini itirib, 1000-ə yaxın əsgər və zabit isə yaralanıb.
Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lysenko jurnalistlərə bildirib ki, ötən gün ərzində separatçılar hökumət qoşunlarının mövqelərinə 14 müxtəlif hücumlar həyata keçiriblər. Ukrayna əsgərlərinin Donetsk, Luqansk, Krasnodon, Provalya, Dmitrovka, Stepanovka, Amvrosievka və digər şəhərlər yaxınlığındakı postları atəşə tutulub.
Luqansk vilayətində yerləşən İzvarino sərhəd keçid məntəqəsi yaxınlığında pusquya düşən Ukrayna hərbçilərini ağır silahlardan atəşə tutublar. Lysenko itkilərin sayının dəqiqləşdirildiyini bildirib.
Separatçılar iddia edirlər ki, Ukrayna ordusu Luqanskdan geri çəkilməyə məcbur edilib.
#Ukrayna Separatçılar Luqanskda aeroportu və hərbçilərin mövqeyini atəşə tutub http://t.co/ekLjWOW6Ir
— AzadliqRadiosu (@RadioAzadliq) 16.7.2014
SEPARATÇILAR DONETSKƏ HƏRBİ TEXNİKA CƏMLƏYİR
Donetsk və Luqansk separatçların hərbi arsenalı getdikcə güclənir. İndi onların sərəncamında reaktiv artilleriya və ağır tanlkar var. Ukrayna rəsmiləri getdikcə daha inadla Rusiyanın Donbass münaqişəsinə müdaxiləsindən danışırlar. Ukrayna hərbi təyyarəsinin vurulmasının, sərhəd qoşunlarının Qrad atəşinə tutulmasının Rusiya ərazisindən həyata keçirildiyi bildirilir. Ukraya informasiya müqaviməti mərkəzinin rəhbəri Dmitri Tymchuk yazır ki, əvvəllər Rusiyadan Ukraynaya ancaq hərbi texnika verilirdisə, indi artıq ağır tanklar ekipajla bir yerdə gəlir. Onun sözlərinə görə, Ukraynada hərbi münaqişə getdiyindən Avropa bu ölkəyə silah satmır, eyni zamanda Rusiyaya satırlar, çünki bu ölkə rəhbərliyi iddia edir ki, münaqişədə iştirak etmir. Tymchuk-un yazır ki, hər şeyi öz adını vermək lazımdır: "Bu münaqişə Rusiya ilə Ukrayna arasındadır"