SSEPARATÇILAR HƏLƏ BOENG-777 HAQDA HEÇ NƏ BİLMİRLƏR
Donetsk separatçılarının lideri İgor Girkin (Strelok) Malayaziya Airlines təyyarəsinin qəzaya uğradığı vaxt VKontakte sosial şəbəkəsində separatçıların 2 təyyarə vurduğu haqda xəbər yaymağa tələsib. Yazıb ki, Torez yaxınlığında An-26 təyyarəsini vurub yerə salıblar və öz sözlərinin təsdiqi kimi üfüqdə qara tüstülər fotosunu əlavə edib. Girkin yazır ki, gunah Ukraynalıların özündədir, "axı biz xəbərdar etmişdik ki, bizim səma üzərində uçmasınlar". Bundan sonra Girkin daha bir maraqlı əlavə edir, "deyəsən bir dənə də Su-24" vurmuşuq.
Bunun ardınca yaydığı ikinci məlumatda isə Girkin Donetsk separatçılarının Boeng-777 təyyyarəsinin vurulmasına hər hansı aidiyyatını inkar edir. Yazır ki, onların əlində olan silahlarla 10 min metr yüksəklikdə uçan təyyarəni vurmaq mümkün deyil.
QƏZA YERİNDƏN SON GÖRÜNTÜLƏR
Malayziyanın sərnişin təyyarəsi Ukrayna üzərində, Rusiya ilə sərhədə yaxın yerdə qəzaya uğrayıb. Məlumatalara görə, təyyarədə 280 sərnişin və 15 heyət üzvü olub.
Təcili #Ukrayna-dakı müharibə ilə Malaisia Airlines təyyarəsinin bunun əlaqəsi var ya yox? http://t.co/5a7o6ZJluR
— AzadliqRadiosu (@RadioAzadliq) 17.7.2014
UKRAYNA SƏMASINDA AĞALIQ EDƏN "CANSIZLAR"
Bu video Ukraynanın Çervenopartizansk qəsəbəsində çəkilib. Burada mövqe tutan Ukrayna hərbçilərinin mətbuatda yayıldığı məlumatlarında deyilir ki, hər gün onların üzərində pilotsuz təyyarə uçur, sonra da güclü atəşə məruz qalırlar. Ukrayna əsgərləri bildirirlər ki, havada pilotsuz təyyarə görən kimi dəqiq bilirlər - tez bir zamanda bombardman başlayacaq. Qrad atəşi həm Rusiya sərhəddi tərəfdən, həm də separatçıların mövqelərindən gəlir. Daha sonra hərbçilər şikayət edirlər ki, onlara heç bir kömək yoxdur, nə havadan nə də qurudan. Komandanlıq sadəcə olaraq əmr edir ki, yaxşıca gizlənin, lakin belə atəşlərdən artıq onlarla əsgər həlak olub.
Donetsk vilayətindən fərqli olaraq Luqansk vilayəti ərazisində döyüşən Ukrayna hərbçilərinin arxa cəbhə ilə əlaqəsi çox zəifdir. Prezident Poroshenko hakimiyyətə gəldiyi gündən hərbçilər qarşısında əsas vəzifə kimi Rusiya ilə sərhəddi nəzarətə götürmək olub. Müəyyən mənada onlar bu vəzifəni yerinə yetiriblər. Lakin Ukraynalılara İzvarino və Marinovka keçid məntəqələri arasındakı sərhəd zolağını nəzarətdə saxlamaq getdikcə çətinləşir. Səbəblərdən biri də həmin ərazi son zamanlar həm də Rusiya tərəfdən hücumlara məruz qalır. Burada nəinki hərbçilər Qrad atəşlərindən ölür, hətta hərbi təyyarələr vurulur.
Rusiya özünün münaqişədəki iştirakını inkar edir. Lakin getdikcə bunun əksini göstərən faktların sayı çoxalır. Məsələn, Ukrayna hərbçilərinin vurub saldığı bu dron Rusiya istehsallı pilotsuz təyyarələri çox xatırladır. Lakin onun bütün tanınma nişanları pozulub. Bu qurğunun mənsubiyyətini gizlətmək istəyənlər bir səhvə yol veriblər - dronun paraşütündəki istehsal nişanları. Bu nişanlar isə dronun Rusiyada istehsal olunduğuna dəlalət edir.