BMTdə #Ukrayna ehtirasları http://t.co/yeDfR7NUHD
— AzadliqRadiosu (@RadioAzadliq) 18.7.2014
#Ukrayna təhlükəsizlik qüvvəsinin yaydığı gizli telefon danışıqları - doğrudursa hər şeyi aydın edir. AmmaDoğrudurmu? http://t.co/NKWlfTz4X6
— AzadliqRadiosu (@RadioAzadliq) 18.7.2014
MH-17-ni vuran BUK zenit qurğusunun Donetskdən Rusiyaya çıxarıldığını iddia edir
Bu videonu FB səhifəsində paylaşan Ukrayna daxili işlər naziri Arsen Avakov iddia edir ki, yük maşının yedəyindəki Malayziya təyyarəsini vuran zenit qurğusudur, separatçılar cinayətin izini itirmək üçün onu təcili şəkildə Rusiyaya aparırlar. AzadlıqRadiosunun bu videonun həqiqiliyini yoxlamaq imkanı yoxdur. Lakin Rusiya və Ukrayna faciədə bir-birini ittiham edir və hər 2 tərəf, nə qədər qəribə də olsa, sosial şəbəkədə yayılan görüntülərə, gizli telefon danışıqlarının səs yazısı iddia olan videolara müraciət edir.
ABŞ prezidentinin düşən Malayziya təyyarəsi barədə açıqlaması
ABŞ prezidenti Barak Obama Ukraynada Malayziya təyyarəsinin vurulub salınmasına dair açıqlama verib. Ağ Evdə danışan prezident deyib ki, o, Malayziya xalqının kədərini bölüşür.
ABŞ dövlət başçısı bildirib ki, rusiyapərəst separatistlər son bir neçə gün ərzində Ukraynanın hərbi təyyarə və vertolyotlarını da vurub və xatırladıb ki, separatçıları silahla təmin edən, onlara hərbi təlim keçən məhz Rusiyadır.
B. Obamanın Ukraynada baş verənlərlə bağlı bəyanatı haqda daha ətraflı burada oxu