#Ukrayna və Rusiya agentlikləri xəbər verir ki, azı 196 meyit qəza ərazisindən götürülüb http://t.co/juXw5WSPUX
— AzadliqRadiosu (@RadioAzadliq) 20.7.2014
POROSHENKO SEPARATÇILARIN TERRORÇU ADLANDIRILMASINI İSTƏYİR
Ukrayna prezidenti Petro Poroshenko BMT-ni çağırıb ki, qondarma Donetsk və Luqansk respublikalarını terrorçu təşkilatlar siyahısına salsın.
Şənbə günü BMT-nin baş katibi Ban ki-Moon ilə telefon söhbətində Poroshenko bildirib ki, Ukrayna prezidentinin öz ərazisi və vətəndaşları qorumasına tam hüququ çatır.
Poroshenko Malayziya təyyarəsinin Donetsk üzərində qəzaya uğramasının beynəlxalq təhqiqatına tam açıq olduğunu bildirir.
UKRAYNA ORDUSU DONETSK AEROPORTUNU ƏLƏ KEÇİRİR
Bazar gününə keçən gecə Ukrayna hərbçiləri Donetsk aeroportuna nəzarəti ələ alıb. Məlumatı Ukraynanın müdafiə naziri Valeriy Heletey yayıb. Onun sözlərinə görə, ərazidə ordunun yeni blokpostları qoyulub. Silahlı separatçılar blokpostlara yaxınlaşmır, hərbçilərin mövqelərini Donetsk yaxınlığından minomyot atəşinə tutur.
Sərhəd rayonlarındakı hərbçilər iki dəfə minomyot atəşinə tutulub. Atəşin Rusiya ərazisindən açıldığı bildirilir.
#Ukrayna və qondarma «Donetsk xalq respublikası» həlak olanların meyitlərinin evakuasiyası barədə razılığa gəlib http://t.co/6Ec0HARvw2
— AzadliqRadiosu (@RadioAzadliq) 20.7.2014