#Ukrayna İki rusdilli nəşrin redaktorunun meyiti Mariopol şəhərində tapılıb http://t.co/Qfq8QHMrt5
— AzadliqRadiosu (@RadioAzadliq) 15.7.2014
Ukraynanın şərqində son vəziyyət
Ukray hərbi komandanlığının məlumatlarına əsasən, ötən gün ərzində Ukrayna təhlükəsizlik qüvvələri Molodoqvardeysk şəhəri istiqamətində hərəkəti davam etdiriblər. Hər şeydən görundüyü kimi Ukrayna hərbçiləri Rusiya ilə sərhddin hələ də separatçıların nəzarətində olan hissəsini bağlamağa can atırlar. Bu hücum məqsədinə çatarsa, Donbass ərazisində cəmləşən Rusiyameylli yaraqlılar tamamilə ilə Ukrayna ordusunun əhatəsində qalacaqlar. Hələlik, onlar Luqansk-Rostov maqistralı boyunca ara yollarla nisbtən sərbəst Rusiyaya gedib-gələ bilirlər. Həmin sahədən Rusiyadan separatçılara hərbi texnika, sursat və canlı qüvvə yardımının davam etdiyi bildirlir. Ötən gün ərzində Luqasnk aeroportu yaxınlığında şiddətli döyüşlər davam edib. Bundan başqa Krasna Talivka, İzvarino, Sverdlovsk, Stepanovka, Amvrosievka yaşayış məntəqələrində silahlı toqquşmalar qeydə alınıb. Adı çəkilən şəhər və qəsəbələrin hamısı ya bilavasitə Rusiya ilə sərhəddə, və ya sərhəd zolağının yaxınlığında yerləşir.
An-26 təyyarəsinin heyətindən xəbər var
İyulun 15-də Luqansk vilayətində vurulan An-26 təyyarəsinin 5 heyət üzvü xilas edilib. Bu haqda xəbər verən AzadlıqRadiosu Ukrayna xidməti yazır ki, bunun üçün Ukrayna hərbçiləri xüsusi əməliyyat keçirərək təyyarəçiləri separatçıların nəzarət etdiyi ərazidən çıxarmağa müəssər olublar. Xəbərdə bildirilir ki, heyət üzvlərindən biri təyyarədə həlak olub, sağ qalan 1 pilot və desant əsgərini isə separatçılar əsir götürüb. Ukrayna millət vəkili Oleg Tyagnibok-un mikrobloqunda açıqlanan bu məlumatı Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Kiyevdə keçirilən mətbuat konfransında təsdiqləməyib, deyib ki, əsir düşən 2 hərbçidən başqa digər heyət üzvləri haqda məlumatı yoxdur.
SEPARATÇILAR DONETSKƏ HƏRBİ TEXNİKA CƏMLƏYİR
Donetsk və Luqansk separatçların hərbi arsenalı getdikcə güclənir. İndi onların sərəncamında reaktiv artilleriya və ağır tanlkar var. Ukrayna rəsmiləri getdikcə daha inadla Rusiyanın Donbass münaqişəsinə müdaxiləsindən danışırlar. Ukrayna hərbi təyyarəsinin vurulmasının, sərhəd qoşunlarının Qrad atəşinə tutulmasının Rusiya ərazisindən həyata keçirildiyi bildirilir. Ukraya informasiya müqaviməti mərkəzinin rəhbəri Dmitri Tymchuk yazır ki, əvvəllər Rusiyadan Ukraynaya ancaq hərbi texnika verilirdisə, indi artıq ağır tanklar ekipajla bir yerdə gəlir. Onun sözlərinə görə, Ukraynada hərbi münaqişə getdiyindən Avropa bu ölkəyə silah satmır, eyni zamanda Rusiyaya satırlar, çünki bu ölkə rəhbərliyi iddia edir ki, münaqişədə iştirak etmir. Tymchuk-un yazır ki, hər şeyi öz adını vermək lazımdır: "Bu münaqişə Rusiya ilə Ukrayna arasındadır"