Separatçılar beynəlxalq qurumlara hadisə yerinə gələ bilərsiniz deyir
Separatçı «Donetsk xalq respublikası» təyyarə qəzasının baş verdiyi əraziyə daxil olmaq istəyən ATƏT nümayəndələrinin təhlükəsizliyə təminat verdiyini açıqlayıb.
Bundan başqa separatçılar təyyarə qəzasının araşdırılması üçün Ukrayna hakimiyyəti və beynəlxalq ekspertlərlə əməkdaşlığa da hazır olduqlarının bildiriblər. Belə bir razılıq Ukrayna, Rusiya, ATƏT rəsmiləri ilə separatçıların birgə keçirdiyi videokonfransda əldə olunub.
Silahlı separatçılar hadisə yerindən uzaqlaşacaqlarına və cəsədlərin axtarılması üçün yerli hakimiyyət nümayəndələrinə imkan verəcəklərinə vəd veriblər. ATƏT-in twitter səhifəsində hadisə yerində gərəkli ekzpertiza aparılası üçün təşkilatın nümayəndələrinin əraziyə yollandığı bildirilir. Araşdırmalar aparmaq üçün təyyarənin sahibi olan «Malaysia Airlines» şirkətinin nümayəndələri də Ukraynaya yollanıblar.
İyunun 17-də göyərtəsində 300-ə yaxın adamın olduğu Malaziyaya məxsus sərnişin təyyarəsi separatçıların nəzarətində olan Ukrayna ərazisinə düşüb. Sərnişinlər və ekipaj üzvləri hamısı həlak olub.
Rusiya yönümlü silahlı separatçılar Ukraynanın şərq əyalətlərinə nəzarəti ələ alandan sonra dəfələrlə Ukrayna təyyarələrini atəşə tutublar. Bəzi hallarda həmin təyyarələr zədələrlə yerə enə biliblər, lakin bir çox hallarda separatçıların atəşindən sonra yerə düşən təyyarə və vertolyotlarda onlarla adam həlak olub.
Son 5 ayda Ukraynanın şərqində vurulan tıəyyarələrlə bağlı interaktiv xəritə:
Malayziya təyyarəsinin qəzası animasiyada
İyulun 17-də Ukraynanın şərqində - Donetsk vilayıətində yerə düşən Malayziya təyyarəsi haqqında animasiya. Animasiyada təyyarənin nAmsterdamdan qalxması, göyərtəsində olan sərnişinlərin kimliyi barədə məlumatlar əksini tapıb.
ABŞ prezidentinin düşən Malayziya təyyarəsi barədə açıqlaması
ABŞ prezidenti Barak Obama Ukraynada Malayziya təyyarəsinin vurulub salınmasına dair açıqlama verib. Ağ Evdə danışan prezident deyib ki, o, Malayziya xalqının kədərini bölüşür.
ABŞ dövlət başçısı bildirib ki, rusiyapərəst separatistlər son bir neçə gün ərzində Ukraynanın hərbi təyyarə və vertolyotlarını da vurub və xatırladıb ki, separatçıları silahla təmin edən, onlara hərbi təlim keçən məhz Rusiyadır.
B. Obamanın Ukraynada baş verənlərlə bağlı bəyanatı haqda daha ətraflı burada oxu