«QARA QUTU» SEPARATÇILARDADIR
Qəzaya uğramış Malayziya təyyarəsinin «qara qutu»su, bəzi məlumatlara görə, Donetsk vilayətində, Qorlovkadadır. Bu ərazi «Bes» ləqəbi ilə tanınan İqor Bezlerin rəhbərlik etdiyi separatçıların nəzarəti altındadır. «Ukrainskaya pravada»nın yazır ki, məlumatı Luqanskdan olan ictimai fəal Dmitriy Sneqirev verib.
Onun sözlərinə görə, «qara qutular» Sukhodolsk ərazisindən İzvarinoya aparılacaq, orada FSB əməkdaşlarına təhvil veriləcək. Məqsəd diqqəti yayındırmaqdır.
«Boing-777»nin düşdüyü ərazidə 192 nəfərin meyiti tapılıb.
Ukraynanın güc strukturları təyyarənin Rusiyanın «Buk» zenit qurğusundan buraxılan raketlə vurulduğunu bildirir.
#Ukrayna ATƏT bildirib ki,müşahidəçilərə yalnız təyyarənin qalıqları olan sahənin bir hissəsinə girməyə icazə verilib http://t.co/ej8j6LeKQb
— AzadliqRadiosu (@RadioAzadliq) 20.7.2014
Ukrayna hərbçiləri Luqanskın bir hissəsinə nəzarət edir
Ukraynanın müdafiə naziri prezident Petro Poroshenko-ya deyib ki, hökumət qüvvələri Luqanskın cənub-şərq hissəsinə nəzarəti ələ keçirib. Bu barədə prezidentin veb-saytında məlumat yerləşdirilib.
Hökumət qüvvələrinin Luqansk aeroportunu mühasirəyə aldığı da bildirilir. Məlumatlara görə, separatçıların nəzarətində olan Luqansk uğrunda ağır döyüşlər gedir. Yerli rəsmilər son iki gündə atışmada azı 20 nəfərin öldüyünü bildirir.
Mərmi atəşi üçün kimin məsuliyyət daşıması barədə fərqli xəbərlər gəlir. Şəhərin böyük hissəsində elektrik və su yoxdur. Böyük neft emalı zavodu yanır.
#Ukrayna və qondarma «Donetsk xalq respublikası» həlak olanların meyitlərinin evakuasiyası barədə razılığa gəlib http://t.co/6Ec0HARvw2
— AzadliqRadiosu (@RadioAzadliq) 20.7.2014