Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:41

«Sovetski»dən köçürülənlərə «Ukrayna» dairəsində ev tikiləcək


Foto: Arxiv
Foto: Arxiv

-

«DES Consulting» şirkəti «Sovetski»dən köçürülənlərə ev tikmək istəyir. Tikinti işlərinin paytaxtın Gəncə prospektində («Ukrayna» dairəsi yaxınlığı) aparılması planlaşdırılır. Şirkət bu məlumatı iyulun 15-də BMM-də keçirilən mətbuat konfransında açıqlayıb.

Şirkət nümayəndəsinin dediyinə görə, ucaldılacaq 16 mərtəbəli binada 810 mənzil olacaq. Yaşayış binasını «Həyat inşaat» şirkəti tikəcək:

«Layihə bizimdir. «Həyat İnşaat» şirkəti ilə imzaladığımız müqaviləyə əsasən, yaşayış binasını həmin şirkət tikəcək. Yəni, sifarişçi bizik».

Bir kvadratmetri 380 manatdan hesablanan mənzillər təmirsiz şəkildə sahiblərinə veriləcək.

Şirkət bildirir ki, müqavilə imzalanandan və pulun yarısı ödənəndən sonra mənzil öz sahibinin adına sənədləşdiriləcək.

Binanın tikintisinin ilyarıma başa çatdırılması nəzərdə tutulur.

«DES Consulting» şirkəti 2014-cü ildə yaradılıb.

XS
SM
MD
LG