Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:45

Rusiya Mustafa Dzhemilev-in oğlunu buraxmağa hazırdır, bir şərtlə ki...


Khaiser Dzhemilev
Khaiser Dzhemilev

-

Avropa İnsan Haqları Məhkəməsi Krım tatarlarının lideri Mustafa Dzhemilev-in (Mustafa Krımoğlu) oğlu Khaiser Dzhemilev-i azad etməyi Rusiyadan tələb edib.

Khaiser Dzhemilev ötən ilin mayında qətl ittihamı ilə həbs olunub. Mustafa Dzhemilev oğlunun öz ailə dostunu güllələdiyini danmır:

«Bu, bütün əlamətlərinə görə bədbəxt hadisə, ehtiyatsızlıqdan bir qətl idi, amma istintaq orqanları bunu qəsdən adamöldürmə kimi tövsif ediblər».

Khaiser-in vəkilləri deyirlər ki, Rusiya onu vətəndaşı olduğu ölkəyə – Ukraynaya verməlidir.

Müstəntiqlərin oğluna amnistiya təklif etdiklərini Kiyevdə jurnalistlərə bildirən Mustafa Dzhemilev ona Rusiya pasportu almasının şərt qoyulduğunu da diqqətə yetirib. Khaiser Dzhemilev-in bu təklifdən imtina etdiyini bildirən Krım-tatar lideri oğluna təzyiqlərin kəsilmədiyini də vurğulayıb. Atanın dediyinə görə, məqsəd Khaiser-i Ukrayna vətəndaşlığından imtinaya məcbur etməkdir.

Khaiser Dzhemilev hazırda Krımda saxlanır.

Apreldə Rusiyanın ilhaq etdiyi Krımın rəhbərliyi Mustafa Dzhemilev-in yarımadaya gəlişinə 5 illik qadağa qoyub.

M.Dzhemilev Stalin deportasiyasına məruz qalan Krım tatarlarının hüquqları uğrunda hələ sovet illərindən mübarizə aparan məşhur dissidentdir. O, 15 il sovet düşərgələrində məhbəs həyatı yaşayıb. Ukrayna müstəqillik qazanandan sonra bu ölkə parlamentinə deputat seçilib.

XS
SM
MD
LG