Ukrayna Təhlükəsizlik xidmətinin yaydığı gizli telefon danışığı
BİRİNCİ DANIŞIQ
Saat 16.50: Bes ləqəbli Qorlovka qruplaşmasının rəhbəri öz kuratoru Vasiliy Geranina zəng edir. Hər ikisinin Rusiya hərbi kəşfiyyat zabbiti olduqları iddia olunur.
Bes: Indicə “minaçı”nın dəstəsi təyyarə vurdu. Yenakiyevo şəhərindən o tərəfdə düşdü.
Geranin: Təyyarəçilər, təyyarəçilər hanı?
Bes: Getdilər ki, vurulan təyyarənin şəkillərini çəksinlər. Tüstülənir...
Geranin: Neçə dəqiqə əvvəl?
Bes: Haradasa... 30 dəqiqə əvvəl.
İKİNCİ DANIŞIQ
İkinci söhbətdə Mayor və Qrek ləqəbli şəxslərin danışığı verilir. Onların kimliyi açıqlanmır, sadəcə Rusiyameyli yaraqlılara aid olduqları bildirilir
- Eşidirəm, Mayor.
- Deməli belə, təyyarəni “çenruxinçilər” vurublar.
- Kim?
- Çenrnixinski postundan. Çernuxinskidə duran kazakları deyirəm. Təyyarə havada səpələnib, artıq ilk “200lük” tapılıb (hərbçilər meyidə “200 nömrəli yük” deyirlər – red.). Mülki şəxsdir.
...
- Eşidirəm.
- Dəqiq deyirəm, mülki bortdur (təyyarə - red.)
- Adam çoxdur?
- Hə, p..ts?: (ədəbsiz söz). Qalıqlar həyətlərə düşürdülər.
- Bort kimə məxsusdur?
- Hələ aydınlaşdırmamışam. Əsas hissələrin düşdüyü yerdə olmamışam. Hələ ki, ilk meyidlərin düşdüyü yerə baxıram. Burada təyyarə qalıqları, kreslolar, meyidlər var.
- Silahdan nəsə var?
- Qətiyyən heç nə. Ancaq mülki əşyalardı. Tibb ləvazımatı, dəsmal, tualet kağızı...
- Sənəd var?
- Hə. İndoneziyalı tələbənin var, Thompson universitetindən.