Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:50

«Sovetski» sakinlərinə ev tikmək istəyənlərin özlərinə «torba tikildi»


"Sovetski"də yaşayan 810 ailə "Ukrayna" meydanında ev ala biləcək
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

«Sovetski»də yaşayan 810 ailə «Ukrayna» meydanında ev ala biləcək

-

İyulun 19-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıların qısa xülasəsini təqdim edir.

«Yeni Müsavat» qəzeti «Sovetski» sakinlərinə bina tikmək istəyən şirkətə «torba tikilməsi»nin səbəblərindən yazır . Qəzetə görə, «Sovetski» sakinlərinə ev tikmək təkliflərini açıqlayandan 24 saat sonra «Des Consulting» şirkətinin rəhbərləri barəsində cinayət işinin açılması bir sıra müəmmalar doğurur:

«Əgər şirkət həqiqətən də dələduzluqla məşğul idisə, onda niyə mətbuat konfransı keçirir və ideyalarını ictimailəşdirir, üstəlik, prezidentdən dəstək gözləyirdi? Axı adətən dələduzlar üzdə olmağı sevmir, maksimum dərəcədə kölgədə qalmağa üstünlük verirlər. Həm də dələduzluq faktları olsaydı belə, niyə cinayət işi mətbuat konfransından dərhal sonra açılıb və dərhal da məsələ ictimailəşdirilib? Təbii ki, bu tip suallar açıq qalıb və yayılan məlumatlar bu məqamlara aydınlıq gətirməyib».

Qəzet hesab edir ki, əslində şirkətin sosial layihəsi tikinti mafiyasının maraqlarına zidd olub və bu səbəbdən tez-tələsik cinayət işinin açılmasını sifariş ediblər. Çünki indiki bazar qiymətləri ilə müqayisədə şirkət çox sərfəli qiymətlər təklif edirdi.

Adıçəkilən şirkətin təsisçiləri iyulun 15-də mətbuat konfransı keçirib «Sovetski»dən köçürülənlərə Bakının Gəncə prospektində 1 kvadratmetri 380 manata ev tikəcəklərini təklif etmişdilər. Bir gün sonra Baş Prokurorluq həmin şirkətə qarşı cinayət işi açıldığı və təsisçilərin həbs olunduğu barədə məlumat yayıb.

Foto: Arxiv
Foto: Arxiv

MİLYARDLARIN SÖNDÜRƏ BİLMƏDİYİ SUSUZLUQ

«Bizim yol»a görə, suvarmaya 1 milyarddan artıq xərc çəkilsə də, bölgələrdə su yoxdur.

Məsələni şərh edən iqtisadi ekspert Vahid Məhərrəmov məsələnin su qıtlığı ilə deyil, korrupsiya ilə bağlı olduğunu bildirir:

«Azərbaycanda 32 milyard kubmetr su potensialı var ki, bu, həm içməli suya, həm də suvarmaya olan tələbatımızdan on dəfə çoxdur. Belə olan halda suvarma ilə bağlı problemin ortaya atılması anlaşılan deyil. İsrail kimi bir ölkə 1.1 milyard kub/m su ilə tələbatını tam ödəyə bilir və Azərbaycandan artıq kənd təsərrüfatı məhsulları istehsal edirlər. Bizdə isə hər il 8 milyard kub/m su istifadə edildiyi, 4 milyard kub/m çatışmadığı vurğulanır. Bununla yanaşı, ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının yarısı ödənilmir. Bu, onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər şişirdilərək mənimsənilir. Nəticədə suya olan ehtiyacımız ödənilmir, fermerlərin məhsuldarlıq əldə etməsində çətinliklər yaranır».

«VƏZİROVUN AZƏRBAYCAN SİYASƏTİNƏ SIRIDIĞI LABORANTLAR»

«Azərbaycan» qəzeti yazır ki, «bu gün müxalifət, əslində, imitasiya – «müxalifətçilik oyunu» ilə məşğuldur.

«26 il öncə Ə.Vəzirovun Azərbaycan siyasətinə sırıdığı bu laborantların hər biri bu gün siyasi inhisarçıya çevrilib və öz qruplaşmasında hakimi-mütləqliyini heç kəsə güzəştə getmək niyyətində deyil. Məsələn, Müsavatda başqan seçkiləri ilə bağlı artıq 5 ilə yaxındır müzakirələr gedir. Öz postunu tərk etmək niyyətində olmayan partiya rəhbəri neçə ildir qurultayı ən gülməli bəhanələrlə təxirə salır. Bir dəfə qurultaya ayrılan zalın tavanı xoşlarına gəlmir, növbəti dəfə rəyasət heyətindəki kürsüdən narazı qalırlar.

Milli Şuranın mitinqi, 2013.
Milli Şuranın mitinqi, 2013.

Bu müzakirələr nəticə etibarilə təşkilatda tam qeyri-ciddi siyasi ovqat yaradıb. İndi partiyanın rəhbəri yalnız futbolla bağlı proqnozlar verir (və həmişə olduğu kimi, yanılır), ancaq idman və mədəniyyət mövzularını şərh edir. ...AXCP sədri isə artıq fəaliyyətini qəzet redaktorluğuna transfer edərək, sosial şəbəkələrə aludə olub»

Qəzetə görə, virtual aləmə qapılan müxalifət liderləri gerçəklikdən tamamilə uzaqlaşıblar.

«BU SEÇKİ ELMİ ƏLƏ SALMAQ, ONA MEYDAN OXUMAQDIR»

«Bu seçki elmi ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır».

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun (AMEA) əməkdaşı Elman Şahverdiyevin «Azadlıq» qəzetində dərc olunan yazısında yer alıb:

«Belə görünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönələn düşünülmüş bir addımdır. Çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verildiyi hədiyyədir...».

Alim Azərbaycan prezidentinə yazdığı məktubda AMEA-da seçkinin nəticələrini ləğv etməyi və yeni seçki keçirilməsi üçün göstəriş verməyini xahiş edir.

XS
SM
MD
LG