-
Böyük Britaniyanın baş naziri David Cameron hesab edir ki, Moskva Ukrayna üzərində vurulmuş təyyarə ilə bağlı yanaşmasını dəyişməsə, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq olunmalıdır. The Sunday Times qəzetində dərc olunmuş məqalədə Cameron Avropanı çağırıb ki, «öz prinsiplərini güzəştə getməsin».
Cameron etiraf edir ki, Avropa ölkələrinin çoxu Rusiya ilə qarşıdurmaya getmək istəməz. Bununla yanaşı, o, qeyd edib: «Hərdən özümüzü elə aparırıq ki, sanki Rusiya bizə daha çox lazımdır, nəinki biz ona».
Cameron-un fikrincə, Rusiya istintaqa gərəkən informasiyanı verməli, yaraqlılara dəstəyi dayandırmalıdır.
Bundan öncə, ABŞ prezidenti Barack Obama Almaniya kansleri Angela Merkel və David Cameronla telefonla danışıb. Onlar Moskva Ukraynanın şərqində gərginliyin azaldılmasına çalışmasa, Rusiyaya yeni sanksiyaların tətbiqini müzakirə ediblər.