-
Ukraynada Rusiya tərəfdarı olan separatçılar Malayziya eskpertlərinə iki qara qutunu təhvil verib.
İyulun 22-də Donetskdə separatçı qruplardan birinin lideri Aleksander Borodai jurnalistlərin də olduğu otaqda uçuş məlumatlarının yazıldığı qara qutunu göstərərək deyib:
«Onlar burda, qara qutulardadır».
Hər iki tərəf qutunun təhvil verilib-alınması ilə bağlı sənəd imzalayıb.
Malayziya Milli Təhlükəsizlik Şurasının polkovniki Mohamed Sakri bildirib ki, qara qutular yaxşı şəraitdədirlər:
«Qutulardan biri pilot kabinəsində gedən danışıqları yadda saxlayır, digəri uçuş məlumatlarını. İndi məlum olacaq ki, bu qutulardakı yazılar təyyarədə nə baş verdiyinə aydınlıq gətirirmi?»