ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna ərazisini atəşə tutumasına dair peyk fotoları yayıb
ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna ərazisini atəşə tutumasına dair peyk fotoları yayıb
ABŞ kəşfiyyatı iyulun 27-də Rusiya ordusunun Ukrayna qüvvələrini raket atəşinə tutumasına dair fotolar yayıb. ABŞ Milli Kəşfiyyat idarəsi rəhbərinin adından yayılan fotolar iyulun 21-26-da çəkilən peyk görüntüləridir.
Yayılan rəsmi məlumatda deyilir ki, Rusiya ərazisindən Ukrayna ordusunun mövqeləri davamlı şəkildə Qrad raketləri və özüyeriyən artilleriya qurğularından atəşə tutulur.
Həmin fotoları təqdim edirik:
Hələlik bu fotolara Rusiya tərəfdən bir reaksiya məlum deyil, amma Moskva tez-tez Ukraynanın şərqində silahlı separatçılara dəstək verməsinə dair ittihamları rədd edir.
Bu ilin yazında Rusiya Ukraynanın Krım yarımadasını özünə ilhaq edəndən sonra Ukraynanın şərq vilayətlərində də Rusiyameyilli seaparatçılar böyük şəhərləri zəbt ediblər. Onlar ilk günlər Rusiya ilə birləşmək tələbləri səsləndirsələr də sonradan orada müstəqil respublikalar yaratdıqlarını elan ediblər.