Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:55

«Yukos»un vəkili Kama Mehtiyeva: «Rusiya təzminatı ödəməsə, qərar məcburi icraya yönəldiləcək»


«Yukos»
«Yukos»

-

İyulun 28-də Haaqa Arbitraj Məhkəməsi «Yukos» neft şirkətinin keçmiş səhmdar qrupuna Rusiyanın 50 milyard dollar ödəməsi barədə qərar çıxarıb.

«Yukos» işinin əsas vəkillərindən biri, Paris Vəkillər Kollegiyasının üzvü Kama Mehtiyeva AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində Rusiyanın bu qərardan apelyasiya verə bilməyəcəyini deyib:

«Axı Arbitraj Məhkəməsində apellyasiya anlayışı yoxdur. Bu, qüvvəyə minmiş son qərardır. Artıq bu qərardan sonra icraya başlamaq olar. Haaqa Məhkəməsi cavabdehə yetərincə vaxt verib. 2015-ci ilin yanvarın 15-də vaxt bitir. Rusiya məbləği ödəməsə, cərimə faizi hesablanacaq. Gələn il yanvarın 15-nədək təzminat ödənməsə, iddiaçılar Beynəlxalq Konvensiyaya qoşulan ölkələrdə məcburi icraata keçəcəklər».

Kama Mehdiyeva deyib ki, iş bu həddə gəlib çıxsa, xarici ölkələrdə Rusiya Fedarasiyasına və ya dövlət şirkətlərinə məxsus əmlak və hesablara həbs qoyulacaq.

«BU, SİYASİ TƏZYİQ DEYİL»

«Rusiya mediasının fikrincə, bu qərar siyasi xarakter daşıyır, Ukraynadakı müharibə üzündən Qərbin Rusiyaya təzyiqidir. Siz nə düşünürsüz» sualının cavabında Kama Mehdiyeva bildirib ki, «bu, açıq-aydın spekulyasiyadır». Onun sözlərinə görə, məhkəmə 2004-cü ildən başlayıb və 10 il sürüb:

«İlk dörd ildə məhkəmə Beynəlxalq Energetika Xartiyası Razılaşması çərçivəsində bu işə baxmaq üçün hüquqi səlahiyyətinin çatıb-çatmamağını araşdırıb. Rusiyanın arqumenti bu idi ki, onlar razılaşmanı imzalayıblar, amma onu ratifikasiya etməyiblər. Amma Rusiya birinci mərhələni uduzdu. Bundan sonra biz mahiyyət üzrə iddia qaldırdıq. Məhkəmə 2012-ci ildə yekunlaşıb. İş böyük olduğu üçün məhkəmə son 20 ayı qərar mətnini yazmağa sərf edib. Düzdür, son bir neçə ayda siyasi arenaya ciddi təsir göstərəcək hadisələr də baş verib, amma Haaqa Arbitraj Məhkəməsinin qərarının bu vaxta düşməsi, sadəcə, təsadüfdür. Çünki dediyim kimi, məhkəmə qərar üzərində bir-iki ay deyil, 20 aydır işləyir. Bu, siyasi təzyiq deyil».

İyulun 28-də Haaqa Arbitraj Məhkəməsi «Yukos» neft şirkətinin keçmiş səhmdar qrupuna Rusiyanın 50 milyard dollar ödəməsi ilə bağlı qərar qəbul edib.

İddiaçı «Group Menatep Limited» (GML) 114 milyard dollarlıq ziyana düşdüyünü bildirib. Məhkəmə GML-ə 65 milyon dollar təzminat ödənməsinə dair qərar da qəbul edib.

«Yukos» şirkəti vergidən yayınma və mənimsəmə ittihamı ilə 8 il həbsxanada yatmış və 2005-ci ildə əfv olunmuş Mikhail Khodorkovsky-yə aid olub. O öz hissələrini GML-ə satıb.

600 səhifəlik məhkəmə qərarı artıq Haaqa Arbitraj Məhkəməsinin rəsmi saytında dərc olunub.

XS
SM
MD
LG