Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Leyla Yunusa qarşı 4, Arif Yunusa qarşı 2 maddə ilə ittiham irəli sürülüb


Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittihamlar elan olunub.

Vəkil Cavad Cavadov deyib ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

Arif Yunusdan Bakını tərkk etməmək iltizamı alınıb.

Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.

XS
SM
MD
LG