Ukrayna iyulun 31-də rusiyapərəst yaraqlılara qarşı hərbi əməliyyatda bir günlük atəşkəs elan edib.
Müdafiə nazirliyinin sözçüsü deyib ki, bu qərar BMT baş katibi Ban Ki-moon-un Ukraynaya müraciətinə cavab olaraq verilib. Ban Ki-moon müraciət etmişdi ki, müstəntiqlərin Malayziya təyyarəsinin qəzaya uğradığı yerə gedə bilməsi üçün döyüşlər dayandırılsın.
Avstraliyanın xarici işlər naziri Bishop deyib ki, təyyarədə həlak olan 298 adamdan 80-nin qalıqları hələ də qəza yerindədir.